Koçaryan Ermənistan XİNin başsız qalmasını biabırçılıq adlandırıb


Siyasət 08 İyn 2021 21:58:00 143 0

Koçaryan Ermənistan XİNin başsız qalmasını biabırçılıq adlandırıb

"Ermənistanın Xarici İşlər Nazirliyinin nazirsiz və nazir müavinlərisiz qalması biabırçılıqdır".

Son.az "Report"a istinadən bildirir ki, bunu Ermənistanın keçmiş prezidenti, "Ermənistan Alyansı" seçki blokunun lideri Robert Koçaryan Sisanda sakinlərlə görüşündə bildirib.

O, ali siyasi rəhbərliyin yarıtmaz fəaliyyəti nəticəsində dövlət sisteminin kollapsa düşdüyünü bildirib.

Qeyd edək ki, mayın 27-də Ermənistan xarici işlər naziri səlahiyyətlərini icra edən Ara Ayvazyan və iyunun 7-də xarici işlər nazirinin müavinləri tutduqları vəzifədən istefa veriblər.