Kərki yolunda hansı sirr gizlədilib?


Digərləri 08 İyn 2021 16:36:00 166 0

Kərki yolunda hansı sirr gizlədilib?

2019-cu ildə Ermənistan Ərazi İdarəetmə və İnfrastrukturlar Nazirliyi Yerasxdan Gorusa qədər olan yolu və Ermənistan-İran sərhəd dövlətlərarası əhəmiyyətli avtomobil yolunun böyük hissəsini təmir edib.

Son.az ordu.az-a istinadən xəbər verir ki, erməni jurnalist Nairi Hoxikyan yazır ki, bu yolda yerləşən, SSRİ xəritələri ilə Azərbaycan anklavı hesab olunan Kərki sektoru tamamilə yan keçilib, daha sonra yenidən təmir işi həyata keçirilib.

"Nə baş verdiyindən yerində əmin olmaq üçün özüm Kərkiyə getdim və GPS xəritələri ilə yermüəyyənləşdirmə və videoçəkiliş etdim. Bu reallıq hər hansı məntiqə sığmır. Niyə Ermənistan hökuməti 2019-cu ilin iyulunda Kərkinin 3 km uzunluqda sektorunda hər hansı şəkildə yol tikintisi işi həyata keçirməməyə qərar verib?

Yan keçiblər, daha sonra yeniləməyə davam ediblər", - deyə erməni jurnalist bildirib.