Dünyanın ən dəyərli futbolçuları:


Digərləri 08 İyn 2021 16:06:00 196 0

Dünyanın ən dəyərli futbolçuları:

Dünyanın ən dəyərli futbolçularının adları açıqlanıb.

Son.az apasport.az-a istinadən xəbər verir ki, CİES futbol observatoriyası transfer qiyməti ən baha olan 100 futbolçunu müəyyənləşdirib.

Siyahıya "Mançester Siti"nin yarımmüdafiəçisi Fil Foden başçılıq edir. İngiltərəli gənc oyunçunun qiyməti 190,2 milyon avroya bərabərdir. Maraqlıdır ki, cədvəldə ilk "üçlük"dəki digər oyunçular da ingilislərdir. "Mançester Yunayted"in hücumçuları Meson Qrinvud və Markus Reşford müvafiq olaraq 2-3-cü pillələrdə qərarlaşıblar.

Araşdırma 30 yaşa qədər olan futbolçularla bağlı aparıldığından, Lionel Messi, Kriştianu Ronaldo kimi superulduzlar siyahıda yer almayıb.

Ulduz futbolçulardan Cedon Sanço 11-ci, Kilian Mbappe 12-ci yerdə qərarlaşıbsa, Rahim Sterlinq, Kevin De Bruyne "30-luğ"a, Harri Keyn "40-lığ"a, Romelu Lukaku, Məhəmməd Salah, Lautaro Martines "50-liy"ə, Sadio Mane "70-liy"ə, Neymar isə "80-liy"ə düşə bilib.