Azərbaycanda ŞOK:


Digərləri 08 İyn 2021 14:11:00 160 0

Azərbaycanda ŞOK:

Azərbaycanda vəfat edən koronavirus xəstəsinin qızıl dişləri oğurlanıb.

Son.az xəbər verir ki, lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Qazax rayonunda olan xəstəxanalardan birində baş verib.

"COVID"dən ölən, 1959-cu il təvəllüdlü Leyla Əzizovanın həyat yoldaşı Arif Əzizov Lent.az-a faktı təsdiqləyib.

O bildirib ki, həyat yoldaşını may ayının 26-da xəstəxanaya yerləşdirib: "Xəstəxanadan dedilər ki, yoldaşım pnevmoniyadır. İyunun 1-i axşam isə bizə ölümü ilə bağlı məlumat gəldi. Yoldaşımın ağzında səkkiz qızıl dişi var idi. Mənə dedilər ki, süni nəfəs aparatına qoşulanda dişləri çıxarılıb. Biz müraciət etdikdən sonra başqa diş gətirdilər, onu götürmədik. Sonra bizə dedilər ki, guya paketin içərisində dişləri bizə veriblər, amma verilməyib. Sözün düzü artıq qızıl dişləri istəmirik və bundan da şikayətçi deyilik".