Rusiya Ermənistana təzyiq etməlidir


Siyasət 08 İyn 2021 14:20:00 150 0

Rusiya Ermənistana təzyiq etməlidir

"Ermənistanda parlament seçkilərinə sayılı günlər qalıb. Seçkinin nəticələrinə uyğun olaraq Ermənistanda xaos daha da dərinləşəcək".

Bunu Son.az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

O bildirib ki, müharibə bitsə də bizə qarşı terror bitməyib:

"Biz Ermənistanın 10 noyabr üçtərəfli bəyanatının şərtlərini yerinə yetirməsi üçün öz addımlarımızı atmalıyıq. Bu addımlar iki istiqamətdə olmalıdır:

I. Dağlıq Qarabağa nəzarəti tam ələ keçirməliyik, Laçın dəhlizini tam nəzarətə götürməliyik, separatçıları tərksilah etməliyik və yerdə qalan ərazilərə də (Şuşanın kəndləri, Xocalı, Xankəndi-red) daxil olmalıyıq. 

II. Zəngəzur dəhlizinin işə düşməsinə çalışmalıyıq. Bu dəhliz bəyanatlarda (10 noyabr, 11 yanvar) da yer alıb. Dəhlizin açılmasının reallaşması üçün əlimizdən gələni etməliyik. Bununla bağlı Rusiyadan da tələb etməliyik ki, Ermənistana təzyiq etsin. 

Çalışmalarımızı bu istiqamətdə davam etdirməliyik. Minalar yenə də partlayır və vətəndaşlarımız həlak olur. Demək, erməni tərəfindən diversiyaların fəaliyyəti davam edir. Müharibə bitsə də bizə qarşı terror bitməyib. Deməli, biz öz işimizi görək. Amma Zəngəzurla bağlı gərək Rusiya ilə müəyyən qədər sıx məsləhətləşmələr aparaq".

Təhməz Əsədov Son.az