Qənirə Paşayeva sərt danışdı


Digərləri 08 İyn 2021 13:02:00 155 0

Qənirə Paşayeva sərt danışdı

Milli Məclisin deputatı, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva bəzi məmurları onunla danışıq zamanı üslubdan düzgün istifadə etmədiklərinə görə sərt tənqid edib.

Son.az "Qafqazinfo"ya istinadən bildirir ki, Q. Paşayeva qeyd edib ki, onun etdiyi çıxışlar seçicilərinin müraciətləri ilə bağlıdır: "Bir şəhid atası müraciət edir və bildirir ki, məhkəmə qərar versə də, oğlunun sığorta pulunu ala bilmir. Ona görə də mənə deyirlər ki, qurumlardan cavab ala bilmirlər, onların  adından danışmağımı istəyirlər.  

Bəzi məmurlar isə mənə deyirlər ki, siz bu məsələni 3 dəfə qaldırmısınız. Bu üslub, bu ton doğru yanaşma deyil. Millət vəkili bir məsələni qaldırırsa, bu, onun şəxsi işi deyil. Bəzi məmurlar var ki, vətəndaşlar onların qəbuluna girə bilmir. Amma bizim qapımız həmişə açıqdır. Niyə bu günə qədər məhkəmənin qərarı yerinə yetirilmir? Biz dəli deyilik ki, qayıdıb-qayıdıb eyni məsələni dəfələrlə qaldıraq. Danışanda üslublarına diqqət yetirsinlər. Əgər yetirməsələr mən onların adlarını da çəkərəm. Məhkəmənin qərarı yerinə yetirilsin, şəhid atasının sığorta pulu verilsin!"