Artıq pandemiya ilə vidalaşırıq


Digərləri 08 İyn 2021 13:04:00 206 0

Artıq pandemiya ilə vidalaşırıq

Koronavirusa yoluxma sayı getdikcə azalır. İyunun 7-nə olan statistikaya görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 32 yeni yoluxma faktı qeydə alınıb, 221 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 334 747 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 327 114 nəfər müalicə olunaraq sağalıb, 4 945 nəfər vəfat edib. 2 688 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4673, bu günə qədər isə ümumilikdə 3 572 418 test icra olunub.

Bu göstəricilər pandemiyanın artıq bitmək üzrə olduğuna dəlalət edirmi?

Xatırladaq ki, ötən ilin yay aylarında da virusa yoluxanların sayı aşağı düşmüşdü. Bununla belə, həkimlər payızda növbəti dalğanın olacağını, yoluxma sayının artacağını proqnoz etmişdilər. Bəs görəsən, bu il də payız ayları üçün belə artım ola bilərmi?

Yeri gəlmişkən, ötən gündən Azərbaycanda koronavirus əleyhinə "Pfizer" peyvəndinin də tətbiqinə başlanılıb. Vətəndaşların seçim imkanlarını daha da artıran vaksinin istifadəsi üçün Azadlıq prospekti 112 ünvanında yerləşən Bakı Sağlamlıq Mərkəzində və Zərifə Əliyeva 5 ünvanında yerləşən Mərkəzi Klinik Xəstəxananın ambulatoriyası nəzərdə tutulub. 18 yaşından yuxarı olan və əks göstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər. "Pfizer" vaksini Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınıb. Deməli, hazırda ölkəmizdə koronavirus əleyhinə "CoronoVac", "Vaxzevria", "Spunik V" və "Pfizer" vaksinləri tətbiq olunur. Bəs görəsən, bu vaksinlərdən hansı daha effektlidir?

Son.az xəbər verir ki, infeksionist-hepatoloq Mərdan Əliyev musavat.com-a açıqlamasında yoluxma sayının bundan sonra da azalmağa doğru gedəcəyini bildirib:

"Bugünkü göstəricilər yəqin ki, lap aşağı düşəcək. Çünki dünən bazar günü idi. Ümumi götürəndə azalmağa doğru gedir. Az sayda yoluxma halları olacaq. Artıq pandemiya ilə vidalaşırıq deyə bilərik".

İnfeksionist payıza doğru vəziyyətin dəyişib-dəyişməyəcəyinə də münasibət bildirib: