Əlilliyin təyin edilməsi ilə bağlı yeni qaydalar təsdiq edilib


Siyasət 08 İyn 2021 13:16:00 172 0

Əlilliyin təyin edilməsi ilə bağlı yeni qaydalar təsdiq edilib

Əlilliyin təyin edilməsi ilə bağlı yeni qaydalar təsdiq edilib.

Son.az Trend-ə istinadən bildirir ki, "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna təklif olunan dəyişikliklərlə bağlı qanun layihəsi Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, əlillik dərəcəsinin təyin edilməsi ilə əlaqədar yeni qaydalara keçilir. Belə ki, artıq I, II və III qrup kimi əlillik göstəricisi olmayacaq.

Əlillik dərəcəsi orqanizmin funksiyasının itirmə dərəcəsinə görə, yəni faizlə müəyyən ediləcək. Orqanizmin funksiyasının 30-60 faiz itirilməsi III qrup, 60-80 faiz itirilməsi II qrup, 80-100 faiz itirilməsi isə I qrup hesab olunacaq.

Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda təsdiq edilib. Yeni qaydalar 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Son.az