"Niyə mənə tərs baxdın?" dedi və bıçaqlandı


Digərləri 08 İyn 2021 12:44:00 172 0

"Niyə mənə tərs baxdın?" dedi və bıçaqlandı

Bursada (Türkiyə) parklardan birində iki qrup arasında mübahisə sonda bıçaqlanma ilə başa çatıb.

Son.az haberturk-ə istinadən xəbər verir ki, insidentə səbəb gənclərdən birinin digərinə "niyə mənə tərs baxdın?" sözləri olub. Nəticədə 5-6 nəfərlik iki qrup arasında dava düşüb. Davanın səbəbkarı ağır bıçaq yarası ilə xəstəxanaya çatdırlıb. Polis hazırda hadisə yerindən qaçan şübhəliləri axtarır.   Kamran Seyidov Son.az