iPhone sahiblərinin nəzərinə: yeniliklərin


Digərləri 08 İyn 2021 12:15:00 126 0

iPhone sahiblərinin nəzərinə: yeniliklərin

Dünən ABŞ-ın Apple korporasiyası iOS əməliyyat sisteminin yenilənməsini bəyan edib.

Son.az yenilikləri təqdim edir.

- Facetime-da video link yaradıb istənilən platformada video danışıqlar etmək olacaq (Zoom, Google Meet kimi)

- Facetime da ətrafdakı səsləri tam səsini alıb, ancaq sizin səsinizin sakitlikdə gəlməsi imkanı (it hürsə, usta evdə işləsə belə tam səsi kəsilir)

-  Şəkildəki istənilən yazını təyin etmə, fotoqalleraya artıq çəkilmiş və ya canı çəkdiyiniz(hətta spotlight ilə şəkildəki yazını yazsaz belə o şəkili tapacaq)

-  AirPods evdə və ya hardasa yaddan çıxaranda iPhone bunu sizə bildirəcək

- AirPods karlar üçün qulaqcıq kimi işləyəcək(danışan insan tərəfdən gələn səsə yönəlib- maksimum qırağdakı səsləri kəsib- səs gələn tərəfdən gələn səsi ucaldacaq)

- Sağlamlıq proqrammına ailənizi əlavə edə biləcəksiz(valideynin ürək döyüntüsü azalan kimi və ya normadan aşağı düşən kimi dərhal bildiriş olacaq və övladların idman aktivliyini görə biləcəksiz)

- Wallet-də maşın açarlarından tutmuş, qapı kilidləri açmağa qədər əlavə oluna biləcək və ABŞ-da artıq şəxsiyyət vəsiqəsi də əlavə oluna biləcək (U1 çip lazım bunun üçün-bizdə işləməyəcək)

-  Hava, xəritə və bildirşlər(qruplaşma imkanı ilə) vizual yeniliklər aldı

- SharePlay bu imkan ilə siz öz musiqinizi və ya filminizi sevdiklərinizlə paylaşıb, dinləyə və ya baxa biləcəksiz(bu bütün striming servislərdə işləyəcək- misal TikTok birgə belə baxa biləcəksiz)

- Siri internetsiz də çalışa biləcək

-  Apple İD unudan zaman, yaxın insanların vasitəsi ilə bərpa imkanı olacaq

- Apple Watch da meditasiya rejimi olacaq

- MacOS Monterey də inanılmaz Universal Control imkanı ilə bir mac cihazından istənilən cihaza mouse tərpətməklə keçidlər etmək olacaq.