Peruda prezident seçkilərində pozuntular baş verib


Dünya 08 İyn 2021 12:39:00 184 0

Peruda prezident seçkilərində pozuntular baş verib

Peruda keçirilmiş prezident seçkilərinin ikinci turunda pozuntular baş verib.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə dövlət başçısı postuna "Xalq gücü" Partiyasından namizəd Keyko Fuhimori keçirdiyi mətbuat konfransında bildirib.

"Bizi narahat edən bir sıra pozuntular baş verib və biz bunu bəyan etməyi və vətəndaşları bizə kömək etməyə çağırmağı vacib hesab edirik", - "La Republica" qəzeti onun sözlərini sitat gətirir.

İndiyədək prokotolların 95,962%-i emal olunub. Nəticələrə görə, 91 mindən çox səslə Pedro Kastilyo liderlik edir. Ona 8 548 929 seçici (50,269%) səs verib. Fuhimori 8 457 547 (49,731%) səslə ikincidir.