Milli Məclis büdcə layihəsini üçüncü oxunuşda təsdiqləyib


Siyasət 08 İyn 2021 12:40:00 170 0

Milli Məclis büdcə layihəsini üçüncü oxunuşda təsdiqləyib

2020-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Son.az Trend-ə istinadən bildirir ki, qanun layihəsinə əsasən, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 681 milyon 734,6 min manat, xərcləri isə 26 milyard 416 milyon 297,5 min manat təşkil edilib.

Büdcə kəsiri 1 milyard 734 milyon 562 912 manat təşkil edib. 2021-ci il 1 yanvar tarixinə vahid xəzinə hesabının sərbəst qalığı isə 1 milyard 526 milyon 094 088 manat olub. Müzakirələrdən sonra layihə səsə qoyularaq təsdiq edilib.

Son.az