Qarabağ minalarla zəhərlənib


Digərləri 08 İyn 2021 11:19:00 276 0

Qarabağ minalarla zəhərlənib

Ermənistanın mina xəritələrini verməməsi Azərbaycanın hərbi və müki əhalisinin həyatının təhlükə altına düşməsi ilə nəticələnir.

Ekspertlər də bildirirlər ki, onlar hara gəldi, mina basdırdıqlarına görə, ərazilər təhlükə saçır.

Son.az REAL TV-yə istinadən xəbər verir ki, bir neçə gün bundan əvvəl iki nəfər jurnalistin və bir nəfər icra nümayəndəsinin Kəlbəcərdə xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək şəhid olması, daha 4 nəfərin isə yaralanması bunun sübutudur. Kəlbəcərin relyefinə yaxından bələd olan videobloger Hikmət Əsgərov bildiridi ki, ərazilərdə mina təhlükəsi mövcuddur. Amma onun dəqiq yerini mütəxəssislərdən başqa heç kim müəyyən edə bilməz. Ekspertlər isə hesab edirlər ki, bunun qaşısının alınması üçün konkret addımlar atılmasa Ermənistanın diversant qruplaşması mina terrorunu davam etdirəcək.

Yeri gəlmişkən, mina xəritələri ilə bağlı erməni hərbçinin Twitter-də yayımlanan videoda açıqlaması sensasiya yaradıb. Polkovnik Koryun Gumashyan cəsarətlə, vicdan əzabı çəkmədən işğaldan azad olunan Azərbaycan ərazilərində hərbi cinayətlər törətdiyini etiraf edib. "Mənim kontingentim və mən Laçın və Kəlbəcər yaxınlığına 17 yük maşını mina basdırdıq. Mina olduğuna görə bu ərazidə heç nə edə bilməyəcəksiniz. Hərbi əsirlərimizi bizə qaytarın və mən sizi mina xəritəsi ilə təmin edəcəyəm " deyə bildirib. Bu açıqlama bir daha erməni hərbçilərinin terror siyasətini gizlətmədiyini sübut edir.