Azərbaycanda 8ci sinif şagirdini 38 yaşlı oğlana ərə verdilər


Digərləri 08 İyn 2021 10:39:00 143 0

Azərbaycanda 8ci sinif şagirdini 38 yaşlı oğlana ərə verdilər

"Lənkəran şəhərinin istirahət mərkəzlərinin birində mayın 5-də 14 yaşlı qızla 38 yaşında oğlanın nişan mərasimi keçirilib".

Son.az bildirir ki, bunu "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

O bildirib ki, nişanlanan qız Masallı rayon Bədəlan kənd sakini, 8-ci sinif şagirdi Zeynəb İsmayılova (ad, soyad şərtidir) olub:

"14 yaşlı məktəbli qızın atasının vəfat etdiyi üçün o hazırda anası ilə birlikdə Bədəlan kəndində babasının evində yaşayır. Seymur adlı oğlan isə Rusiya vətəndaşıdır və orada sahibkarlıqla məşğul olur".

O əlavə edib ki, qız özündən 24 yaşlı böyük nişanlısı ilə Rusiyada yaşayacaq:

"Bir müddət sonra isə 38 yaşlı şəxs ailədən etibarnamə alaraq qızı da Rusiyaya aparacaq. Sonra da 14 yaşlı qız ana olmağa hazırlaşacaq".

Son.az