İngiltərədə nəhəng qüllələr beş saniyəyə yıxıldı


Dünya 08 İyn 2021 09:39:00 163 0

İngiltərədə nəhəng qüllələr beş saniyəyə yıxıldı

İngiltərənin Qərbi Midlends bölgəsində yerləşən Staffordşirdəki tarixi "Rugeley" istilik elektrik stansiyasının 4 soyutma qülləsi partladılaraq uçurulub.

Son.az Xəzər TV-yə istinadən xəbər verir ki,  117 metr hündürlüyə malik nəhəng tikililər beş saniyə içində yerlə bir olub.   Stansiyada 1950-ci ildən 2016-cı ilədək kömürdən elektrik istehsal edilib.   Sökülən stansiyanın ərazisində içində park, bağça və mağazalar olan 2300 nəfərlik yeni yaşayış kompleksi salınacaq.