İshal yaradan qidalar


Digərləri 08 İyn 2021 08:59:00 271 0

İshal yaradan qidalar

Bəzi qidalar çox istifadə zamanı insanda ishala səbəb olar. Ancaq belə qidalar qəbizlik zamanı istifadə edilərsə mənfi təsir göstərməz.

İmmunitet.az həmin qidaları təqdim edir:

Acı bibər - Mütəmadi istifadə zamanı ishala səbəb olur.

Gilas - Bol vitaminlə zəngin meyvədir. Minerallarla zəngin olan bu meyvə ilə qəbizliyin qarşısını ala bilərsiniz. Bağırsaq sistemini tənzimləyir. Ancaq çox yeyildiyi zaman bu sistem normadan artıq çalışaraq ishal yaradır.

Qatıq - ishalın qarşısını alan süd məhsulu hazır şəkildə marketlərdə satılır. Təbii olmayan belə hazır qatıqlara dadlandırıcılar qatıldığı üçün ishala səbəb ola bilər.

Cipsi - səhhət üçün zərərlidir. Həm artıq çəkiyə səbəb olan, həm də xərçəng riski daşıyan cipslərin tərkibində olan maddələr toxluq hissi verməz və mədəyə getmədən bağırsaqlara təsir göstərir.