Rusiya xarici işlər naziri fransalı və almaniyalı həmkarları ilə Qarabağdakı vəziyyəti müzakirə ediblər


Siyasət 07 İyn 2021 23:56:00 172 0

Rusiya xarici işlər naziri fransalı və almaniyalı həmkarları ilə Qarabağdakı vəziyyəti müzakirə ediblər

Rusiya xarici işlər naziri Sergey Lavrov fransalı və almaniyalı həmkarları Jan iv Lö Drian və Hayko Maasla telefonla danışıb.

Son.az Trend-ə istinadən bildirir ki, xarici siyasət idarələrinin rəhbərləri Ermənistan-Azərbaycan sərhədindəki və Dağlıq Qarabağ ətrafındakı vəziyyəti, həmçinin, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il tarixli və 11 yanvar tarixli bəyanatlarının müddəalarının yerinə yetirilməsinin gedişaatını müzakirə ediblər.

Atəşkəs rejiminə ciddi riayət olunmasının, eləcə də ortaya çıxan fikir ayrılıqlarının siyasi və diplomatik yolla həllinin vacibliyi vurğulanıb. Nazirlər ATƏT-in Minsk qrupunun Azərbaycan və Ermənistan arasında danışıqlar prosesindəki rolunu təsdiqləyiblər.