İtaliyada iki gün ərzində rekord sayda insan peyvəndlənib


Dünya 07 İyn 2021 21:36:00 210 0

İtaliyada iki gün ərzində rekord sayda insan peyvəndlənib

İtaliyada koronavirus əleyhinə vaksinasiya kampaniyasında növbəti rekord qeydə alınıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, iyunun 4 və 5-də ümumilikdə 1,2 milyon insan koronavirus əleyhinə peyvənd olunub. Bununla da gündəlik yarım milyon peyvənd dozasının tətbiqi rekordu təzələnib.

Hazırda 12,7 milyon peyvənd vurulmuş insanla İtaliya Avropa İttifaqı ölkələri arasında Almaniyadan sonra ikinci yerdədir. Bu göstərici İtaliyada yaşı 12-dən yuxarı əhalinin 24 faizi deməkdir.

Səhiyyə orqanlarının verdiyi məlumata əsasən, bu həftə daha 4,1 milyon peyvənd dozası İtaliyaya gətirilməlidir və həmin kontingent yeniyetmələrin vaksinasiyası üçün nəzərdə tutulur.