Məşhurlar kitab oğurlayan gənclərə görə "ayağa qalxdı" Gəlin, yüz qatını...


Digərləri 07 İyn 2021 20:48:00 148 0

Məşhurlar kitab oğurlayan gənclərə görə "ayağa qalxdı"  Gəlin, yüz qatını...

Mağazadan oğurlamaq yaxşı hal deyil, bu gənclər nahaq belə bir iş tutublar. Bəlkə də pul vermək yadlarından çıxıb. Kitab oxuyan insanlar vicdanlı və abırlı olurlar. Kitab adamı dəyişdirir. Amma "İlahi komediya"nı oğurlayıb oxumaq olmaz. Əgər pulları olmayıbsa, mağazaya onların yerinə pulu ödəməyə hazıram.

Son.az xəbər verir ki, bu sözləri publika.az-a Xalq yazıçısı Çingiz Abdullayev "Ali və Nino" kitab mağazasından iki kitab oğurlayan Elməddin Süleymanlı və Elvin Əhmədov haqqında danışarkən deyib.

Son vaxtlarda kitab biznesindən daha çox "Bizim pijamalarımızda kitab oxumaq daha rahatdır" kimi bazar alverinin şüarı ilə özünü gündəmdə saxlamağa çalışan "Ali və Nino" bu dəfə "Mağazadan iki kitab oğurlandı" xəbərləri ilə diqqət çəkib. Elməddin Süleymanlı, Elvin Əhmədov adlı iki gənc Dante Aligyerinin "İlahi komediyası" və Ulaş Işıkların "Gecenin çoçukları" kitablarını oğurlayıb. Onların mağazadan 2 ədəd kitab oğurlaması obyektin müşahidə kameraları vasitəsi ilə də lentə alınıb. Qısa müddətdə sosial mediada yayılan bu görüntülər müzakirələrə səbəb olub. Bir qrup bu oğurluğu qanun pozuntusu adlandırsa da, bir qrupu gənclərin əməlini dəstəkləyib.

Yazıçı Çingiz Abdullayev bildirib ki, özü də kitab oğurluğu ilə qarşılaşıb:

"Dəfələrlə olub ki, kitablarımı aparıb və qaytarmayıblar. Belə aparanda xoşum gəlir, amma oğurluğa haqq qazandıra bilmərəm. Oğrular adətən kitab oğurlamır, çünki onlara lazım olmur. Allahsız və vicdansız adamlardır. Ola bilsin ki, bu cavanlar istəyiblər ki, "İlahi Komediya"nı oxusunlar, amma imkanları olmayıb. Bu səbəbdən onları bağışlayardım, lazım olsa, yerinə də pul verərdim. Amma sonra da tələb edərdim ki, kitabı oxusunlar və mənə danışsınlar".

Şair, yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi bildirib ki, kitab oğurluğu sovet dövründən qalan bir ənənədir:

"Hər bir iş dövrünə uyğun ölçülməlidir. Sovet dövründə Azərbaycan biznes ölkəsi deyildi, ümumiyyətlə, kapitalist sistem deyildi, başqa bir quruluş idi. O quruluşda hər bir işə münasibət də fərqli idi. Ara-sıra xalq arasında belə bir söhbət gəzirdi ki, kitab oğruluğu oğurluq sayılmır. Hətta bunu Leninlə əlaqələndirirdilər. Həm də o dövrdə ən yeni çıxan kitablar belə kitabxanalara verilirdi. Odur ki, imkanı olmayan insan kitabxanadan o kitabı alıb oxuyurdu. Bunun üçün hər cür şərait yaradılırdı. Biznes məqsədləri güdülmürdü. O sistem dəyişdi və biz indi kapitalizm dövründə yaşayırıq. Burda artıq hər şeyin öz dəyəri və maddi ölçüsü var. Qanundan kənara çıxmaq təbii ki, cəzalandırılmalıdır. Deyə bilmərəm ki, bu gənclər yaxşı ediblər. Elə bir dövrdə yaşayırıq ki, hər addımımız qanunla hesablaşır.

Bu uşaqlar mağazanın rəhbəri Nigar xanımın özündən xahiş etsəydilər, inanmıram ki, onlara etiraz edərdi. Kitabların əldə olunmasında Yazıçılar Birliyi də yardım edə bilərdi. Uşaqların bu kitabları oxumaq istədiyini görsəydim, öz kitablarımdan da hədiyyə edərdim. "İlahi komediya"dan hər yerdə var, məndə dörd nüsxədir".

Tənqidçi-ədəbiyyatşünas İradə Musayevanın da hadisəyə münasibətini öyrəndik. Tənqidçinin sözlərinə görə, bütün hallarda bu qədər kiçik oğurluq hadisəsinə görə iki gəncin görüntülərini qatı cinayətkar kimi xəbər şousuna material etməyin əleyhinədir: