Ermənistan tərəfindən edilən hücumları şiddətlə qınayıram “Albayrak Media Group”un rəhbəri


Siyasət 07 İyn 2021 20:32:00 204 0

Ermənistan tərəfindən edilən hücumları şiddətlə qınayıram  “Albayrak Media Group”un rəhbəri

Türkiyə və Azərbaycanın bölgədə sabitliyi təmin etməyə yönəlik çalışmalarına qarşı Ermənistan tərəfindən edilən hücumları şiddətlə qınayıram.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin "Albayrak Media Group"unun rəhbəri Ömər Karaca deyib.

O bildirib ki, dost və qardaş Azərbaycan ordusu tərəfindən işğaldan azad edilən Kəlbəcərdə Ermənistan qüvvələrinin döşədiyi minanın partlaması nəticəsində AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AZ TV-nin operatoru Sirac Abışov da daxil olmaqla 3 mülki şəxsin şəhid olduğunu böyük bir üzüntü ilə öyrənib:

" Albayrak Media Qrupu olaraq, bütün Azərbaycan mediasının yanında olduğumuzu bildirmək istəyirəm. Şəhid həmkarlarımız və mülki Azərbaycan vətəndaşına Allahdan rəhmət, sizə və bütün yaxınlarına başsağlığı diləyirəm".