"İnsan oğlu, niyə söyüş yazırsınız?"


Şou-biznes 07 İyn 2021 19:42:00 209 0

"İnsan oğlu, niyə söyüş yazırsınız?"

Müğənni Zamiq Hüseynov aparıcı Leyla Quliyevanın "Söhbət musiqidən gedir" proqramının qonağı olub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi məcburi köçkün olduqları vaxtlarda yaşadıqlarından bəhs edib:

"Həmin vaxt çadırda yaşayırdıq. "Palatka"lar bir-birinə yaxın olurdu. Nə danışırdınsa, qonşular eşidirdi. Mən də yan çadırda qalan bir qızı sevirdim, onun üçün mahnı oxuyurdum. Bunu hamı eşidirmiş... Bir gün musiqi dərnəyinin rəhbəri atama demişdi ki, uşağın yaxşı səsi var. Dərnəyə yazıldım, beləcə də oxumağa başladım.

"Uçduq" mahnısı mənə tamamilə yad idi. Birinci düşündüm ki, alınmayacaq. İki ay üzərində çalışdım. Klipdə Rusiyadan olan bir xanımla rol aldım. Öpüşmək səhnələri oldu. Mənim üçün gözəl idi, amma çətin və ağır addım oldu. Səs-küy yaratdı, klip müzakirə edildi. Yenilik idi... O modellə bir neçə ay dostluğumuz oldu. Ara soyudu, əlaqə kəsildi".

Sənətçi şou-biznesdə onunla bağlı sənət dostlarının yaydığı şayiələrdən söz açıb: