Ermənistan parlamentində dövlət büdcəsinin icrası barədə dinləmələr boş zalda keçirilib


Dünya 07 İyn 2021 18:12:00 173 0

Ermənistan parlamentində dövlət büdcəsinin icrası barədə dinləmələr boş zalda keçirilib

Ermənistan parlamentində 2020-ci il dövlət büdcəsinin icrası barədə hesabatın dinləmələri boş zalda keçirilib.

Trend bu barədə erməni KİV-lərinə istinadən məlumat verir.

Qeyd olunur ki, iclasda yalnız kənd təsərrüfatı və ekologiya komitəsinin sədri Vahe Qalumyan və maliyyə-kredit məsələləri komissiyasının sədr müavini Arpak Manukyan iştirak edib.

Digər deputatların iclasda iştirak etməməsinin səbəbi seçkiqabağı kampaniyada iştirak etmələri ilə izah olunub.