"Bəzi qadınlar bir çox kişidən daha qeyrətlidir"


Şou-biznes 07 İyn 2021 18:42:00 191 0

"Bəzi qadınlar bir çox kişidən daha qeyrətlidir"

"Çox qəribə bir zamanda yaşayırıq. Çoxu xeyirxahlığı (əgər belə demək olarsa) yalnız göstəriş üçün edir. Üzə tərif, arxada qeybət edirlər".

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. Sənətçi sözlərinə belə davam edib:

"Söz verib etməmək dəb halını alıb. Artıq bəh-bəhlə, təm-təraqla toy edib, 1 il sonra boşanmaq da normal hal alıb. Sevgi, vicdan, insaf, mərdlik dəbdən düşüb. Düşük, yalançı, yaltaq insanların vaxtıdır indi. Qadınların çoxu bir çox kişidən daha qeyrətli və mərddir".