Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ramiz Məmmədovun vəfatı ilə əlaqədar nekroloq imzalayıblar


Siyasət 07 İyn 2021 17:39:18 74 0

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ramiz Məmmədovun vəfatı ilə əlaqədar nekroloq imzalayıblar

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ramiz Mahmud oğlu Məmmədov vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, nekroloqun mətnində deyilir:

"Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Coğrafiya sahəsində tanınmış alim, Dövlət Mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, texnika elmləri doktoru, Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, professor Ramiz Mahmud oğlu Məmmədov 2021-ci il iyunun 7-də ömrünün yetmiş ikinci ilində vəfat etmişdir.

Ramiz Məmmədov 1950-ci il fevral ayının 4-də Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1967-1972-ci illərdə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində ali təhsil almış, 1974-1976-cı illərdə Moskva Okeanologiya İnstitutunda təcrübə keçmiş və 1977-1980-ci illərdə həmin İnstitutun aspiranturasında oxumuşdur.

Əmək fəaliyyətinə 1973-cü ildə Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Xəzər Elmi Tədqiqat Stansiyasında kiçik elmi işçi kimi başlayan Ramiz Məmmədov 1980-1985-ci illərdə Azərbaycan Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyində laboratoriya və şöbə müdiri vəzifələrində çalışmış, 1986-1991-ci illərdə elmi fəaliyyətini Azərbaycan Elmlər Akademiyasının Geologiya və Coğrafiya institutlarında davam etdirmiş, 1991-ci ildən Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzinin müdiri, 1995-ci ildən isə həmin İnstitutun elmi işlər üzrə direktor müavini işləmişdir. O, 2012-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru olmuşdur.

Ramiz Məmmədov 1980-ci ildə okeanologiya ixtisası üzrə namizədlik, 1996-cı ildə hidrologiya, su ehtiyatları və hidrokimya ixtisası üzrə doktorluq dissertasiyaları müdafiə etmişdir. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir.

Akademik Ramiz Məmmədovun tədqiqatlarının əsas istiqamətlərini Xəzər dənizinin aktual problemləri - iqlim dəyişmələrinin Xəzər dənizinə təsiri, habelə Xəzərin geofizikası və ekocoğrafiyası məsələləri təşkil etmişdir. Coğrafiyaşünas-alim, həmçinin Azərbaycanda səhralaşma prosesinin, landşaft planlaşdırılması və ətraf mühitin mühafizəsi problemlərinin əhatəli öyrənilməsinə xüsusi diqqət yetirmişdir.

Ramiz Məmmədov ölkəmizdə və onun hüdudlarından kənarda nəşr edilən və elmi ictimaiyyət tərəfindən maraqla qarşılanan 300-dək elmi əsərin müəllifidir. Məhsuldar elmi fəaliyyətlə yanaşı, yüksək ixtisaslı kadrların yetişdirilməsi işinə böyük qüvvə sərf edən alimin rəhbərliyi ilə coğrafiya sahəsində 20-yə yaxın fəlsəfə və elmlər doktoru hazırlanmışdır. Ramiz Məmmədov bir sıra beynəlxalq ekspedisiyaların iştirakçısı olmuş, mötəbər konfrans və simpoziumlardakı çoxsaylı çıxışları ilə Azərbaycan elmini layiqincə təmsil etmişdir.

Akademik Ramiz Məmmədovun səmərəli elmi və elmi-təşkilati fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, 2016-cı ildə Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmüş, 2020-ci ildə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.

Tanınmış alim, bacarıqlı elm təşkilatçısı və səmimi insan Ramiz Mahmud oğlu Məmmədovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Ramiz Mehdiyev

Akif Əlizadə

İbrahim Quliyev

Arif Həşimov

Rasim Əliquliyev".

“Ermənistanın vaxtı bitib” like
  • 07 İyn 17:36  
Digərləri “Ermənistanın vaxtı bitib”

Məşhur erməni politoloqu Riçard Qiraqosyan Ermənistanın mövcud vəziyyət

arrow Ətraflı
Həmcinsi ilə eşq yaşayan Səmradan like
  • 07 İyn 17:36  
Şou-biznes Həmcinsi ilə eşq yaşayan Səmradan

"Miss Azerbaijan 2019" gözəllik müsabiqəsinin qalibi Səmra Hüsey

arrow Ətraflı
Tərtərdə özünə od vurmaq istəyən like
  • 07 İyn 17:24  
Digərləri Tərtərdə özünə od vurmaq istəyən

Sosial şəbəkələrdə, eləcə də, bir sıra mətbuat orqanlarında Tərtər

arrow Ətraflı
Azərbaycanlı deputat məşhur moldovalı biznesmenin qızını Bakıda öz evində gizlədir VİDEO like
  • 07 İyn 17:18  
Digərləri Azərbaycanlı deputat məşhur moldovalı biznesmenin qızını Bakıda öz evində gizlədir VİDEO

Böyük Britaniya vətəndaşı, Moldovada yaşayan məşhur iş adamı, tanınm

arrow Ətraflı
Müşfiq özünə lüks avtomobil aldı like
  • 07 İyn 17:12  
Şou-biznes Müşfiq özünə lüks avtomobil aldı

Aktyor Müşviq Şahverdiyev yeni avtomobil alıb.

arrow Ətraflı
Məşhur fenomen xərçəngdən öldü  FOTO like
  • 07 İyn 17:06  
Şou-biznes Məşhur fenomen xərçəngdən öldü FOTO

Koreyalı fenomen Daun Lee (əsl adı Lee Jung-Joo) vəfat edib.

arrow Ətraflı
Bakıda usta təmir etdiyi evdə azyaşlı uşağı zorladı like
  • 07 İyn 16:58  
Digərləri Bakıda usta təmir etdiyi evdə azyaşlı uşağı zorladı

Bakıda 2014-cü il təvəllüdlü uşağa təcavüz edilib.

arrow Ətraflı
Bu tələbələr dövlət imtahanından azad olunur  RƏSMİ like
  • 07 İyn 16:56  
Digərləri Bu tələbələr dövlət imtahanından azad olunur RƏSMİ

Təhsil Nazirliyi tələbələrin yekun dövlət attestasiyası ilə bağlı aç

arrow Ətraflı
Paşinyanın cangüdənləri vətəndaşı belə döydü  VİDEO like
  • 07 İyn 16:52  
Dünya Paşinyanın cangüdənləri vətəndaşı belə döydü VİDEO

Ermənistanın baş nazir vəzifələrini icra edən Nikol Paşinyanın cangüd

arrow Ətraflı
Həbs edilən baş həkimin işi məhkəməyə göndərildi like
  • 07 İyn 16:50  
Digərləri Həbs edilən baş həkimin işi məhkəməyə göndərildi

1 Saylı Şəhər Dəri-zöhrəvi Dispanserinin baş həkimi barəsində cinayə

arrow Ətraflı
Gürcüstana getmək istəyənlərə şad xəbər  Tezliklə... like
  • 07 İyn 16:46  
Digərləri Gürcüstana getmək istəyənlərə şad xəbər Tezliklə...

Gürcüstanla Azərbaycan arasında dəmir yolu ilə sərnişin daşımalarını

arrow Ətraflı
Zivellanın estetik ve davamlı kresloları  FOTO like
  • 07 İyn 16:40  
Digərləri Zivellanın estetik ve davamlı kresloları FOTO

Sadə dizaynlar həyata keçirən Zivellanın yeni taxta ayaqlı stulları hər

arrow Ətraflı
Azərbaycan HDQnin nümayəndə heyəti Pakistana yola düşüb like
  • 07 İyn 16:40  
Siyasət Azərbaycan HDQnin nümayəndə heyəti Pakistana yola düşüb

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Sübhan

arrow Ətraflı
Nuri Sərinləndiricidən həyat yoldaşı ilə like
  • 07 İyn 16:34  
Şou-biznes Nuri Sərinləndiricidən həyat yoldaşı ilə

Müğənni Nuri Sərinləndirici sosial media hesabında yeni paylaşım edib.

arrow Ətraflı
Vestel.azdan sürpriz iyun fürsətləri! like
  • 07 İyn 16:30  
Digərləri Vestel.azdan sürpriz iyun fürsətləri!

Türkiyənin sevilən markası - Vestel yayın gəlişi münasibətilə möhtə

arrow Ətraflı