Gürcüstana getmək istəyənlərə şad xəbər Tezliklə...


Digərləri 07 İyn 2021 16:46:00 158 0

Gürcüstana getmək istəyənlərə şad xəbər  Tezliklə...

Gürcüstanla Azərbaycan arasında dəmir yolu ilə sərnişin daşımalarının bərpası məsələsi müzakirə olunur.

Trend bu barədə "Gürcüstan Dəmir Yolları" idarəsinə istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, Tbilisi-Bakı-Tbilisi marşrutu üzrə qatar reysləri Azərbaycanın quru sərhədlərinin açılmasından sonra işə düşəcək.

Qeyd edək ki, həmnin marşrut üzrə reyslər koronavirus pandemiyası ilə əlaqədar ötən ilin martından dayandırılmışdı.