Bakıda "Suriya oyunu"nu


Siyasət 07 İyn 2021 15:44:21 86 0

Bakıda "Suriya oyunu"nu

Suriyada vətəndaş müharibəsi başlanandan bir müddət sonra dünyanın müxtəlif ölkələrindən, o cümlədən Azərbaycandan bu ölkəyə "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının sıralarında vuruşmaq üçün yollanan şəxslər vardı.

Suriyada baş verən hadisələrdə iştirak etmək ittihamı ilə ölkəmizdə 40-a yaxın şəxs həbs edilib. Onların barəsində Cinayət Məcəlləsinin 214-cü (terrorçuluq), 218-ci (cinayətkar birlik), 279-cu (qanunda nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) maddələri ilə cinayət işi qaldırılıb. Bu maddələr üzrə onları 15 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Suriyadakı döyüşlərdə iştirakda suçlanan və azadlıqdan məhrum edilənlər arasına Tural Həsənov, Ruslan Mustafayev, "Əbu Hüseyn" ləqəbi Namiq Məmmədov, "Əbdülohakim" ləqəbli Elvin Əliyev, Ənvər Seyidov, Tariyev Mustafayev, "Faruq", ləqəbli Fərid Muradov, "Əbu Rauf" ləqəbli Tural Həsənov və başqaları var.

Həmin şəxslərdən sadəcə, birinin, Tural Həsənovun məhkəmədə verdiyi ifadənin kiçik hissəsin təqdim edirik: "20 günlüyə Suriyaya getmişəm. Yanlış insanlar olduğunu görüb, qayıtdım. Yaralılara yardım etmək üçün getdim. Artma şəhərində olmuşam. Təlimlərdə olmamışam. Suriyada nə kömək etmişəmsə, açıqlamalı deyiləm. Əqidəm uğrunda işlər görmüşəm. Orada milyonlarla insanın köməyə ehtiyacı var. Amma Azərbaycanda bu qədər insan köməksiz deyil. Ölkəyə könüllü qayıtmışam".

Suriyada İŞİD sıralarında döyüşmüş və terror təşkilatına bu minvalla əməli dəstək vermiş şəxslərin istisnasız olaraq, hamısı suçsuz olduqlarını deyir, onlara qarşı irəli sürülmüş ittihamları qəbul etmirlər.

Halbuki ibtidai istintaq zamanı yetərincə əşyayi-dəlil və faktoloji material toplanıb.

Təqsirləndirilmiş hər şəxslə bağlı icraata götürülmüş iş sona çatdırılıb, məntiqi sonluğ varılıb.

Amma "Suriya işi" ilə bağlı siyasi divident əldə etmək, daha doğrusu, absurd ittihamlarla gündəmdə qalaraq qazanc əldə etmək istəyənlər var.

Halbuki, durum çox sadə və aydındır: Qeyri-qanuni hərbi qruplaşmalara qoşulanlar həm Azərbaycanın Cinayət Məcəlləsini, həm də olduqları ölkənin qanunlarını pozublar.

Xatırladaq ki, Gəncənin icra başçısı Elmar Vəliyevi və polis serjantını yaralayan Yunis Səfərovun da Suriyada təlim keçdiyini sübut edilib. Onun məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bundan ötrü bir neçə tanınmış dövlət məmurunu öldürməklə ölkədə xaos, vahimə yaratmaq, nəticə etibarı ilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olub.

İndi isə terrorçuluqda suçlanmış vətəndaşlarımızın valideynlərindən yenidən istifadə olunur.

Xarici ölkələrə sığınmış "müstəqil bloqer"lərin YouTube kanallarında bu süni problem mütəmadi olaraq müzakirə olunur, Suriyada İŞİD tərkibindlə olmuş şəxslərin valideynlərin etiraz aksiyalarına cəlb olunur.

Həmin aksiyaların müəllifləri və ssenari "prodüser"ləri Azərbaycandan çox uzaqda olanlardır.

Bəlli təşkilatlar, bəlli simalar, "müstəqil bloqer" olduqlarını fasiləsiz iddia edən marionetlər.

Həbsdə olan şəxslərin valideynləri isə təbii, mövcud qanunvericiliyi və reallığı, xüsusilə də proseslərin mahiyyəti ilə məğzini bilmədiklərindən çirkin məqsədli siyasi dəllaların əllərində alətə çevrilirlər.

Məsələn, Sevil xanım Qəmbərova kimi. Sevil xanım deyir ki, oğlu Azər terrorçuluğu dəstəkləməkdə suçlanaraq həbs olunub.

Azər Qəmbərov 2014-cü ilin aprelin 13-də həbs olunub.

Sevil ana oğlunun azad edilməsin, övladının günahsız olduğunu söyləyir.

Başqa analar da övladlarının suçsuz olduqlarını söyləyirlər.

Onlar balalarının əfv olunmasını istəyirlər.

Ananın normal, təbii istəyidir.

Anormal və süni, qeyri-təbii olan isə həmin valideynlərin qrup halında toplaşması, toplaşmanın təşkil edilməsi və valideynlər şəhərin mərkəzi küçələrindən birində yığışan kimi orada "müstəqil bloqer"lərin YouTube kanallarının yerli kameralı mənsublarının, habelə "Meydan TV"nin əməkdaşının peyda olmasıdır.

Daha dəqiq olsaq, həmin "azad media" mənsubları toplaşma yeri və vədəsi barədə əvvəlcədən məlumatlı olurlar.

Faktiki olaraq, aldadılar, vədlərlə nəyəsə güman etməyə vadar qalan valideynlər beləcə, siyasi manipulyasiya və möhtəkirlik subyektlərinə çevrilirlər  - özləri də bilmədən, istəmədən, bixəbərcəsinə.

Bu valideynlərdən aylardır, illərdir istifadə edirlər: "Meydan TV", "Azad Söz", habelə adlarını çəkmək istəmədiyimiz, siyasi və sosial basillaya çevrilmiş "müstəqil bloqer"lər.

Valideynlərdən sui-istifadə edənlər onlara deməyiblər ki, Suriyada terror təşkilatına qoşulmaqla bağlı istintaq sadəcə, bir qurum tərəfindən aparılmayıb.

Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti və digər müvafiq qurumlar bütün faktları dəfələrlə, ən müfəssəl və ciddi şəkildə yoxlayıb.

Hətta çarpaz yoxlama və fakt təftişi, sübutların və dəlillərin araşdırılması olub.

Yalnız bundan sonra istintaq materialları məhkəməyə göndərilib.

Təbii, "aksiya"nın təşkilatçıları və sifarişçiləri bunları valideynlərə deməyiblər, deməzlər də.

Axı hansı cinayətkar cinayətini etiraf edər ki.

Valideynlərdən sui-istifadə etməklə dövləti hədəfə almaq, maliyyələşdikləri təşkilatların əmrlərini yerinə yetirməklə çirkin kampaniya aparmaq isə artıq cinayət deyil.

Bu əməlin başqa adı var.

Orxan Hun Son.az

Azərbaycan Qazaxıstanla əməkdaşığın inkişafına böyük əhəmiyyət verir like
  • 07 İyn 15:40  
Dünya Azərbaycan Qazaxıstanla əməkdaşığın inkişafına böyük əhəmiyyət verir

Azərbaycan qardaş Qazaxıstan xalqı ilə əməkdaşığın inkişafına böy

arrow Ətraflı
Ümumdünya Mətbuat Şuraları Assosiasiyası minaya düşən jurnalistlərlə bağlı bəyanat yayıb like
  • 07 İyn 15:34  
Siyasət Ümumdünya Mətbuat Şuraları Assosiasiyası minaya düşən jurnalistlərlə bağlı bəyanat yayıb

Tərkibində Azərbaycan Mətbuat Şurasının da təmsil olunduğu Ümumdünya

arrow Ətraflı
Əli Kərimlinin fanatı şəhidləri təhqir etdi like
  • 07 İyn 15:28  
Digərləri Əli Kərimlinin fanatı şəhidləri təhqir etdi

Sözsüz ki, hər bir insan öz fikrini ifadə etməkdə sərbəstdir. Lakin biz

arrow Ətraflı
Ermənistanda seçki “müharibəsi” başladı: like
  • 07 İyn 15:22  
Digərləri Ermənistanda seçki “müharibəsi” başladı:

Bu gün Ermənistanda seçkiqabağı təşviqat başlayır. 20 iyuna qədər ind

arrow Ətraflı
Qafqazda ilk Reabilitasiya Mərkəzi like
  • 07 İyn 15:16  
Digərləri Qafqazda ilk Reabilitasiya Mərkəzi

Yolunuz Azərbaycanın ən gənc milli parkı olan Altıağac Milli Parkına dü

arrow Ətraflı
Hər çətin işin asan çözümü var. like
  • 07 İyn 15:04  
Digərləri Hər çətin işin asan çözümü var.

Rusiyanın Oryol şəhərinin kommunal təsərrüfat xidmətində çalışan ba

arrow Ətraflı
Şuşa muzeyini talan edən erməni like
  • 07 İyn 14:58  
Digərləri Şuşa muzeyini talan edən erməni

Ermənilər Şuşa muzeyini talan ediblər.

arrow Ətraflı
ÜGT Azərbaycan gömrüyünə kömək edir like
  • 07 İyn 14:57  
Siyasət ÜGT Azərbaycan gömrüyünə kömək edir

Ümumdünya Gömrük Təşkilatı (ÜGT) Azərbaycan gömrüyünə risklərin id

arrow Ətraflı
Narkotika satmaqdan imtinası ölümünə səbəb oldu like
  • 07 İyn 14:52  
Digərləri Narkotika satmaqdan imtinası ölümünə səbəb oldu

Maltepe (Türkiyə) yaxınlıındakı 37 yaşlı Şahigül Buluşun meyidi aşka

arrow Ətraflı
Ermənilərə Qurban olanlar like
  • 07 İyn 14:50  
Siyasət Ermənilərə Qurban olanlar

Azərbaycan 44 günlük Vətən müharibəsi ilə 200 illik tarixi ərzində ən

arrow Ətraflı
"Rəhim Rəhimli mənə MTVdə qadağa qoymuşdu" like
  • 07 İyn 14:46  
Şou-biznes "Rəhim Rəhimli mənə MTVdə qadağa qoymuşdu"

Rəqqasə Fatimə Fətəliyeva müğənni-bəstəkar Rəhim Rəhimli haqda qalma

arrow Ətraflı
Ermənistanda son sutkada daha 32 nəfər koronavirusa yoluxub like
  • 07 İyn 14:40  
Dünya Ermənistanda son sutkada daha 32 nəfər koronavirusa yoluxub

Ermənistanda son sutkada 32 nəfər koronavirusa yoluxub.

arrow Ətraflı
Jurnalistlərin həyatına son qoyan mina sonradan basdırılıb? like
  • 07 İyn 14:35  
Siyasət Jurnalistlərin həyatına son qoyan mina sonradan basdırılıb?

Xəbər verildiyi kimi, 04 iyun 2021-ci il tarixdə media və dövlət qurumlar

arrow Ətraflı