Ümumdünya Mətbuat Şuraları Assosiasiyası minaya düşən jurnalistlərlə bağlı bəyanat yayıb


Siyasət 07 İyn 2021 15:34:00 67 0

Ümumdünya Mətbuat Şuraları Assosiasiyası minaya düşən jurnalistlərlə bağlı bəyanat yayıb

Tərkibində Azərbaycan Mətbuat Şurasının da təmsil olunduğu Ümumdünya Məbuat Şuraları Assosiasiyası AZTV-nin operatoru Sirac Abışovun və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimovun mina partlayışı nəticəsində həlak olmaları ilə bağlı bəyanat yayıb.

Azərbaycan Mətbuat Şurasından verilən məlumata görə, bəyanatda bildirilir:

"2021-ci il iyun ayının 4-də Azərbaycanın Kəlbəcər rayonunda iki media əməkdaşı - AZTV-nin operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov mina partlayışı nəticəsində həlak olublar. Bu hadisə Ümumdünya Mətbuat Şuraları Assosiasiyası tərəfindən təəssüf və kədərlə qarşılanıb. Hər iki media təmsilçisinin doğmalarına, əzizlərinə və həmkarlarına dərin hüznlə başsağlığı veririk.

Media əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirərkən həlak olmaları, onlara qarşı hücumlar müasir dünyanın olduqca qorxunc və sarsıdıcı tendensiyasıdır. Çünki jurnalistlərlə birgə hücuma məruz qalan sözdür. Cəmiyyətin informasiya almaq hüququna qarşı sipər çəkilməsi tərəfimizdən hiddətlə qarşılanmaqdadır. Sirac Abışovun və Məhərrəm İbrahimovun həyatlarını itirmələrini məhz belə qiymətləndiririk. Bu qorxunc əməli törədənlərin tezliklə layiqli cəzalarını almalarını diləyirik. Bunun üçün isə beynəlxalq ictimaiyyətin məsələyə ciddi reaksiya verməsinə ehtiyac var.

Bizdə olan məlumata görə, Azərbayanın işğaldan azad edilmiş torpaqlarında minalanmış ərazilər problemi xeyli dinc şəxsin həyatına son qoyub. O da məlumdur ki, Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir. M.İbrahimovun və S.Abışovun həlak olmaları göstərdi ki, jurnalistika da yaranmış xoşagəlməz durumdan zərər görür. Hər iki media təmsilçisi Kəlbəcərə özlərinin peşə vəzifələrini yerinə yetirmək üçün getmişdilər.

Bütün bunları nəzərə alaraq beynəlxalq ictimaiyyətə, media qurumlarına müraciət edir və bildiririk ki, 21-ci əsrdə bütövlükdə insanlığa qarşı yönəlmiş belə hərəkətlərin aradan qalxması üçün ciddi həmrəylik nümayişinə ehtiyac var. M.İbrahimovun, S.Abışovun, eləcə də mina partlayışından həlak olmuş digər azərbaycanlıların faciəli aqibəti hər kəsə siqnal olmalıdır. Hər kəs şüurlu şəkildə dərk etməlidir ki, Ermənistana mövcud istiqamətdə təzyiqin göstərilməsi şərtdir. Bizim üçün əsas olan xidməti vəzifəsini yerinə yetirən jurnalistlərin təhlükəsizliyidir. Çox arzu edərdik ki, bu təhlükəni yaradan problemə həssas yanaşılsın, onun aradan qaldırılmasındakı bütün üsul və vasitələrdən istifadə edilsin".

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasını sədri Əflatun Amaşov hazırda Ümumdünya Mətbuat Şuraları Assosiasiyası sədrinin birinci müavinidir.

Əli Kərimlinin fanatı şəhidləri təhqir etdi like
  • 07 İyn 15:28  
Digərləri Əli Kərimlinin fanatı şəhidləri təhqir etdi

Sözsüz ki, hər bir insan öz fikrini ifadə etməkdə sərbəstdir. Lakin biz

arrow Ətraflı
Ermənistanda seçki “müharibəsi” başladı: like
  • 07 İyn 15:22  
Digərləri Ermənistanda seçki “müharibəsi” başladı:

Bu gün Ermənistanda seçkiqabağı təşviqat başlayır. 20 iyuna qədər ind

arrow Ətraflı
Qafqazda ilk Reabilitasiya Mərkəzi like
  • 07 İyn 15:16  
Digərləri Qafqazda ilk Reabilitasiya Mərkəzi

Yolunuz Azərbaycanın ən gənc milli parkı olan Altıağac Milli Parkına dü

arrow Ətraflı
Hər çətin işin asan çözümü var. like
  • 07 İyn 15:04  
Digərləri Hər çətin işin asan çözümü var.

Rusiyanın Oryol şəhərinin kommunal təsərrüfat xidmətində çalışan ba

arrow Ətraflı
Şuşa muzeyini talan edən erməni like
  • 07 İyn 14:58  
Digərləri Şuşa muzeyini talan edən erməni

Ermənilər Şuşa muzeyini talan ediblər.

arrow Ətraflı
ÜGT Azərbaycan gömrüyünə kömək edir like
  • 07 İyn 14:57  
Siyasət ÜGT Azərbaycan gömrüyünə kömək edir

Ümumdünya Gömrük Təşkilatı (ÜGT) Azərbaycan gömrüyünə risklərin id

arrow Ətraflı
Narkotika satmaqdan imtinası ölümünə səbəb oldu like
  • 07 İyn 14:52  
Digərləri Narkotika satmaqdan imtinası ölümünə səbəb oldu

Maltepe (Türkiyə) yaxınlıındakı 37 yaşlı Şahigül Buluşun meyidi aşka

arrow Ətraflı
Ermənilərə Qurban olanlar like
  • 07 İyn 14:50  
Siyasət Ermənilərə Qurban olanlar

Azərbaycan 44 günlük Vətən müharibəsi ilə 200 illik tarixi ərzində ən

arrow Ətraflı
"Rəhim Rəhimli mənə MTVdə qadağa qoymuşdu" like
  • 07 İyn 14:46  
Şou-biznes "Rəhim Rəhimli mənə MTVdə qadağa qoymuşdu"

Rəqqasə Fatimə Fətəliyeva müğənni-bəstəkar Rəhim Rəhimli haqda qalma

arrow Ətraflı
Ermənistanda son sutkada daha 32 nəfər koronavirusa yoluxub like
  • 07 İyn 14:40  
Dünya Ermənistanda son sutkada daha 32 nəfər koronavirusa yoluxub

Ermənistanda son sutkada 32 nəfər koronavirusa yoluxub.

arrow Ətraflı
Jurnalistlərin həyatına son qoyan mina sonradan basdırılıb? like
  • 07 İyn 14:35  
Siyasət Jurnalistlərin həyatına son qoyan mina sonradan basdırılıb?

Xəbər verildiyi kimi, 04 iyun 2021-ci il tarixdə media və dövlət qurumlar

arrow Ətraflı
Sabunçuda əl qumbarası tapılıb  VİDEO  FOTO like
  • 07 İyn 14:34  
Kriminal Sabunçuda əl qumbarası tapılıb VİDEO FOTO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı

arrow Ətraflı
Xəbərdarlıq edildi: like
  • 07 İyn 14:33  
Digərləri Xəbərdarlıq edildi:

Milli Hidrometeorologiya Xidməti hava şəraitinin qeyri-sabit keçəcəyi ilə

arrow Ətraflı