Qafqazda ilk Reabilitasiya Mərkəzi


Digərləri 07 İyn 2021 15:16:00 226 0

Qafqazda ilk Reabilitasiya Mərkəzi

Yolunuz Azərbaycanın ən gənc milli parkı olan Altıağac Milli Parkına düşərsə, buradaki heyvanlara mütləq baş çəkin. Bilməlisiz ki, heyvanlar üçün reablitasiya mərkəzində sağlamlığı məhdud,yaşlı həm təbiətdən tapılmış həm də vətəndaşlar tərəfindən bura gətirilən heyvanlar müalicə alır. Vəhşi təbiətdə qarşınıza çıxan yaralı heyvanları bura gətirərək müalicə etdirrə bilərsiniz. Burada müxtəlif növ heyvanlar var. Misal üçün bu ayı zoparkda doğulub. Artıq yaşlandığı üçün sağlamlığı məhdudlşıb. Ona görə də buradadır.

Son.az REAL TV-yə istinasdən xəbər verir ki, bir az da qoruq haqqında,Orta dağlıq hissədə yerləşən qoruğun ərazisində qışı quraq keçən mulayim-isti və yayı quraq keçən mülayim-isti tipləri hakimdir. Qoruq ərazisinin əsas hissəsini nisbətən cavan ,40-60 yaşlı pöhrəlik meşələr təşkil edir. Onları əmələ gətirən əsas ağac növləri gürcü palıdı, Qafqaz vələsi və şərq fıstığı, göyrüş, itiyarpaqlı ağcaqayından ibarətdir.Piknik üçün qoruq ideal məkan sayıla bilər.Piknik ərazisinə qalxan yol olduqca maraqlıdır.Yol boyu istiqamətverici nişanlar vasitəsilə piknik ərazisinə asan çata bilərsiz. Gördüyünüz kimi,maraqlı istirahət üçün Dövlət qoruqlarında hər cür imkanlar var.Yetər ki,imkanlardan doğru istifadə edilsin. Misal üçün qoruq ərazisinin tullantılar atmaq, ağacları kəsmək ən əsası gedərkən odu söndürmək kimi qaydaları heç vaxt unutmayın.