Qalib ölkənin himnini ifa etmək böyük şərəf oldu Formula 1də himnimizi səsləndirən Qarabağ qazisi VİDEO


Digərləri 07 İyn 2021 15:10:00 208 0

Qalib ölkənin himnini ifa etmək böyük şərəf oldu  Formula 1də himnimizi səsləndirən Qarabağ qazisi  VİDEO

Formula 1 Azərbaycan Qran Prisi çərçivsində Azərbaycanın Dövlət Himnini Vətən Müharibəsi iştirakçısı, opera müğənnisi Atəş Qarayev ifa edib.

Atəş Qarayev təəssüratlarını Trend-in çəkiliş qrupu ilə bölüşüb.

Qarabağ qazisi belə bir mötəbər tədbirdə - beynəlxalq əhəmiyyətli yarışmada Dövlət Himnini səsləndirməkdən qürur duyduğunu bildirib: "Milyonlarla dünya tamaşaçısının izlədiyi tədbirdə Himnimizi ifa etmək mənə əvəzedilməz fəxr yaşatdı. Şanlı Vətən Müharibəsində Böyük Zəfər qazanmış bir ölkənin vətəndaşı kimi, Qalib Ordunun əsgəri kimi xoşbəxtəm ki, bu missiya mənə nəsib oldu".

Atəş Qarayev Azərbaycanın Vətən Müharibəsindəki Qəlbəsinə, bu cür möhtəşəm hissləri yaşadığına görə Müzəffər Ali Baş Kamandan İlham Əliyevə təşəkkür edib: "Biz ərazi bütövlüyümüzü və tarixi ədaləti bərpa etmişik. Xalqımızın qüruru özünə qayıdıb. Əlbəttə ki, bütün bunlara görə Qalib Ordunuun Müzəffər Komandanına borcluyuq".

Qarabağ qazisi onu da vurğulayıb ki, Azərbaycanda müharibə iştirakçılarına, şəhid ailələri və əlillərə yüksək dövlət qayğısı göstərilir: "Biz daim dövlətin diqqətini hiss edirik. Hərtərəfli qayğı var. Dövlətimizdən və Prezidentimizdən razıyıq".


Xəbərə aid video