Bu il Azərbaycana gələn xaricilərin sayı artacaq


Digərləri 07 İyn 2021 14:31:00 190 0

Bu il Azərbaycana gələn xaricilərin sayı artacaq

İyun ayının 10-dan etibarən Rusiya və Türkiyə vətəndaşlarının müəyyən şərtlər daxilində Azərbaycana gəlmələrinə icazə verilməsi turizm sektorunun canlanmasına səbəb ola bilər. Bu il Azərbaycana gələn xarici turistlərin sayının artması gözləniləndir.

Bunu Trend-ə açıqlamasında turizm məsələləri üzrə ekspert Ceyhun Aşırov deyib.

O bildirib ki, mərhələli şəkildə yumşalmalara gedilməsi turizmin müəyyən qədər canlanmasına və bərpasına kömək edəcək:

"Nəzərə alsaq ki, artıq yay mövsümüdür, çimərliklər açılır, Azərbaycana turistlərin gəlməsi üçün əlverişli vaxtdır. Bu baxımdan bu qərar müsbət xarakter daşıya bilər. Bunun nəticəsində daha çox xarici vətəndaş Azərbaycanı ziyarət edə biləcək. Eyni zamanda həm Azərbaycanda, həm dünyada vaksinləşmə artır. Bu da ümumi olaraq xəstəliyin yayılmasının qarşısını alır və bu da turizmin bərpasında müsbət rol oynayacaq".