Xəbərdarlıq edildi:


Digərləri 07 İyn 2021 14:33:00 196 0

Xəbərdarlıq edildi:

Milli Hidrometeorologiya Xidməti hava şəraitinin qeyri-sabit keçəcəyi ilə bağlı xəbərdarlıq edib.

Xidmətdən Son.az-a verilən məlumata görə, iyunun 10-u axşamadək Azərbaycanın əsasən şimal və qərb rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, ayrı-ayrı yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.