"Rəhim Rəhimli mənə MTVdə qadağa qoymuşdu"


Şou-biznes 07 İyn 2021 14:46:00 162 0

"Rəhim Rəhimli mənə MTVdə qadağa qoymuşdu"

Rəqqasə Fatimə Fətəliyeva müğənni-bəstəkar Rəhim Rəhimli haqda qalmaqallı sözlər deyib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "ATV maqazin onlarla"da Rəhimin onun ünvanına dediyi "Fatiməni mən efirə çıxarmışam" sözlərinə reaksiya verib:

"Birlikdə yumurta qızartmışıq. Tanışımız Təranə xanım var idi, onun evində Rəhimlə tanış olduq. Ac idik, yumurta bişirdik yedik. İlk dəfə efirə çıxanda mənə dəstək olanlar arasında Rəhim Rəhimli olmayıb. İllər sonra mən artıq tanınırdım, efirə çıxmağıma kömək etdi. Bilmirəm, mənə qarşı nə problemi var. Məni heç görmək istəmirdi. Rəhim evimdə olub, çörək kəsmişik. Mən də onun evində olmuşam. Rəhim rəhbəri olduğu kanalda qadağada idim. Soruşanda isə dedilər, Rəhim səni istəmir, qadağa qoyub".

Qeyd edək ki, Rəhim Rəhimli bir müddət əvvəl "MTV Azərbaycan"da rəhbər vəzifəsində çalışırdı.