Jurnalistlərin həyatına son qoyan mina sonradan basdırılıb?


Siyasət 07 İyn 2021 14:35:00 87 0

Jurnalistlərin həyatına son qoyan mina sonradan basdırılıb?

Xəbər verildiyi kimi, 04 iyun 2021-ci il tarixdə media və dövlət qurumlarının əməkdaşlarının olduğu "Kamaz" markalı sərnişin avtomobilin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşərək 3 nəfərin ölməsi və 4 nəfərin xəsarət alması ilə faktı ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işi başlanmışdır.

Azərbaycan Respublikası Baş Prokurorluğundan Son.az-a verilən məlumata görə, təəssüf hissi ilə bildiririk ki, bəzi kütləvi informasiya vasitələrində və sosial media səhifələrində hadisənin baş verməsi ilə əlaqədar əsassız və dəqiqləşdirilməmiş məlumatlar yayılmaqdadır.

Odur ki, Baş Prokurorluq hadisənin baş vermə səbəbləri və mexanizmi barədə aşağıdakıları qeyd edir: Aparılmış ilkin istintaqla müəyyən edilmişdir ki, hadisənin baş verdiyi əraziyə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarəti tam təmin olunduğundan, işğaldan azad olunduqdan sonra ora düşmən təxribat qruplarının sızması və orada mina basdırması istisna edilir.

Hadisə yerinə mütəxəssislərin iştirakı ilə keçirilmiş baxış zamanı 240 x 230 sm ölçülərində 97 sm dərinliyində çuxur və 1 ədəd tam yararsız hala düşmüş "Kamaz" markalı sərnişin avtomobili aşkar olunmuşdur.

Hadisənin baş vermə səbəblərinə gəldikdə isə, partlayış sahəsinin ölçülərinə və partlayış yerinin görünüşünə görə 60-97 sm dərinliyində basdırılmış tank əleyhinə 1 ədəd mina olmuşdur. Partlayış yerində minanın heç bir qalığının aşkar olunmaması ilə müəyyən edilir ki, partlayış zamanı istifadə olunan mina plastmas, parça və ya korpussuz tipli tank əleyhinə minaya aid olmuş, fuqas (zirehdələn) tipli, tank və zirehli texnikaların tırtılına qarşı istifadə olunmaqla yollarda və texnikaların hərəkət edə biləcəyi yerlərdə qurulması üçün nəzərdə tutulmuşdur.

Partlamış minanın tank əleyhinə TM-62P2, TM-62P3, TM-62T və ya TM-62B tipli (eyni qrupa daxil olan) mina olması və üzərindən avtobusun keçməsi nəticəsində minanın işə düşməsi (partlaması) ehtimal olunur. Həmçinin müəyyən edilmişdir ki, erməni qanunsuz silahlı birləşmələri işğal zamanı qeyd edilən yoldan döyüş mövqelərinin təminat yolu kimi istifadə etmişlər, Kəlbəcər rayonunu tərk edən zaman isə geri çəkildikləri həmin əraziləri minalamışlar. Cinayət işi üzrə istintaq davam edir, gedişatı barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.

Sabunçuda əl qumbarası tapılıb  VİDEO  FOTO like
  • 07 İyn 14:34  
Kriminal Sabunçuda əl qumbarası tapılıb VİDEO FOTO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı

arrow Ətraflı
Xəbərdarlıq edildi: like
  • 07 İyn 14:33  
Digərləri Xəbərdarlıq edildi:

Milli Hidrometeorologiya Xidməti hava şəraitinin qeyri-sabit keçəcəyi ilə

arrow Ətraflı
Bu il Azərbaycana gələn xaricilərin sayı artacaq like
  • 07 İyn 14:31  
Digərləri Bu il Azərbaycana gələn xaricilərin sayı artacaq

İyun ayının 10-dan etibarən Rusiya və Türkiyə vətəndaşlarının müəy

arrow Ətraflı
Kəlbəcərdəki görüntülərlə bağlı DİNdən AÇIQLAMA like
  • 07 İyn 14:30  
Digərləri Kəlbəcərdəki görüntülərlə bağlı DİNdən AÇIQLAMA

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə xırda və iribuynuzlu heyvan

arrow Ətraflı
Qızı heyrətləndirib tanış olmaq istədi, amma... like
  • 07 İyn 14:29  
Digərləri Qızı heyrətləndirib tanış olmaq istədi, amma...

Bu gəncin hərəkəti acı gülüş doğurur.

arrow Ətraflı
Dəhşətli kadrlar:  sosial şəbəkə "eşq"inə like
  • 07 İyn 14:28  
Digərləri Dəhşətli kadrlar: sosial şəbəkə "eşq"inə

Sosial şəbəkələrdə populyarlaşmaq, qısa zamanda məşhurlaşmaq istəyi

arrow Ətraflı
Qərblə "demokratiya oyunu": Paşinyan riyakar siyasətini davam etdirir like
  • 07 İyn 14:25  
Dünya Qərblə "demokratiya oyunu": Paşinyan riyakar siyasətini davam etdirir

İki boksçunun rinqdə döyüşdüyünü düşünün. Səlis bir zərbə ilə

arrow Ətraflı
Dünyanın ən ac janqlyoru yəqin, odur like
  • 07 İyn 14:24  
Digərləri Dünyanın ən ac janqlyoru yəqin, odur

İspan janqlyor tryukunu göstərkən iştahlı olub.

arrow Ətraflı
Qorxmadı, meydan oxudu like
  • 07 İyn 14:19  
Digərləri Qorxmadı, meydan oxudu

Qaz naxırdakı inəklərə meydan oxuyub.

arrow Ətraflı
Super balıqçı elə odur like
  • 07 İyn 14:14  
Digərləri Super balıqçı elə odur

Çay sahilində olan pişik bir müddət balıqları seyr edib.

arrow Ətraflı
"Caspian Awards Azerbaijan 2021" mükafatı təqdim edilib like
  • 07 İyn 14:11  
Digərləri "Caspian Awards Azerbaijan 2021" mükafatı təqdim edilib

Avand Production tərəfindən təşkil olunan "Caspian Awards Azerbaijan 2

arrow Ətraflı
Qəfəs arxasındakı reperə siz də baxın like
  • 07 İyn 14:09  
Digərləri Qəfəs arxasındakı reperə siz də baxın

Qəfəsdəki porsuq, sən demə, rep aludəçisi imiş.

arrow Ətraflı
Qazdı, qazdı, qızı yıxdı like
  • 07 İyn 14:04  
Digərləri Qazdı, qazdı, qızı yıxdı

Dəniz sahilində, qumsallıqda oturaraq telefonla danışan qız az sonra baş

arrow Ətraflı
Türkiyə ilə yaşıl enerji sahəsində böyük uğurlara imza atmağın vaxtıdır like
  • 07 İyn 14:02  
Digərləri Türkiyə ilə yaşıl enerji sahəsində böyük uğurlara imza atmağın vaxtıdır

Energetika naziri Pərviz Şahbazov "Turkuvaz Media Qrupu"nun təşkil

arrow Ətraflı