Rusiyada 19 yaşlı gəncin polis tərəfindən qətlə yetirilməsi dözümsüzlüyün göstəricisidir


Dünya 07 İyn 2021 13:34:00 200 0

Rusiyada 19 yaşlı gəncin polis tərəfindən qətlə yetirilməsi dözümsüzlüyün göstəricisidir

Rusiyanın Novosibirsk şəhərində Vəkil Abdullayevi silahla öldürən polisin azadlığa buraxılması Rusiyanın hüquq mühafizə orqanlarında boşluğun, ayrı-seçkilik, dözümsüzlük və rasizmin olduğunu göstərir.

Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

A.Badamov bildirib ki, görüntülərdən aydın olduğu kimi polis tərəfindən 19 yaşlı silahsız bir gəncə silahla atəş açılmasına heç bir zərurət olmayıb:

"Əgər qanun pozuntusu və ya hər hansı itaətsizlik baş vermişdisə, gənci həbs edib polis şöbəsinə aparmaqla cəzalandırmaq mümkün idi. Amma silahsız bir gəncin silahla qətlə yetirilməsi Rusiyanın polis sistemində milli məsubiyyətinə görə ayrıseçkilik yaradan Aleksandr Qusev kimilərin olduğunu üzə çıxardı. Bu, təkcə hüquq mühafizə orqanlarında olan problem deyil, həm də Rusiyanın qanunlarında da insanlara milli və dini mənsubiyyətinə görə fərqli münasibətin göstəricisidir.