Vətən müharibəsinin qəhrəman şəhidi Yadigar Əliyev


Digərləri 07 İyn 2021 12:44:00 206 0

Vətən müharibəsinin qəhrəman şəhidi Yadigar Əliyev

Torpaqlarımızın işğalı ilə heç vaxt barışmırdı. Vətənimizin düşmən tapdağından azad edilməsi arzusuyla yaşayırdı. Bu amal uğrunda da şəhadətə ucaldı...

Son.az Xəzər TV-yə istinadən xəbər verir ki, Vətən müharibəsinin qəhrəmanlarından olan Yadigar Əliyev 1994-cü il iyunun 4-də Goranboyun Qaradağlı kəndində anadan olub.

Kiçik yaşlarından güləşlə məşğul olaraq yüksək nəticələr əldə edib. Yadigar Əliyev Vətən müharibəsi başlamazdan bir neçə ay əvvəl MAXE olaraq ordu sıralarında xidmətə başlayır. Xüsusi Təyinatlı Qüvvələrin baş çavuşu olan Yadigar Füzuli, Xocavənd və Şuşa uğrunda gedən ağır döyüşlərdə böyük şücaət göstərib. O, ötən il oktyabrın 28-də snayper gülləsinə tuş gələrək şəhid olub.

Bu gün övladının 27-ci ad gününü onsuz qeyd edən ana Hicran Əliyeva övladı ilə qürur duyur. Yadigar anası ilə danışarkən müharibə bitdikdən sonra hərbi təhsilini davam etdirmək arzusunda olduğunu deyib.

26 yaşında şəhadətə yüksələn  ailənin yeganə övladı Yadigar Əliyev "İgidliyə görə" "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.