Ermənilər razılığa gəlir


Siyasət 07 İyn 2021 12:20:00 89 0

Ermənilər razılığa gəlir

Müharibənin bitdiyini elan edən 10 noyabr üçtərəfli bəyanatından sonra təxribatlar, teraktlar törətmək üçün işğaldan azad edilən torpaqlara sızan erməni diversantlarını ələ keçirən Azərbaycana qarşı az qala sanksiyalar tələb edən, gündə bir bəyanat yayan beynəlxalq media təsisatlarının, aparıcı dövlətlərin liderlərinin, beynəlxalq təşkilatların 3 gün öncə Kəlbəcərdə azərbaycanlı jurnaistlərin erməni terrorunun qurbanına çevrilməsi məsələsinə görə heç tükləri tərpənmədi.

Erməni cinayətykarlığı və təxribatlarının tarixi bu günə dayanmır. Hələ Qarabağ münaqişəsinin ilk mərhələsində erməni ekstremistləri müharibə qanunlarını kobud şəkildə pozaraq azərbaycanlılara qarşı ən qəddar işgəncə üsullarına əl atıb, əsirlərimizə qarşı həqarətlərə yol veriblər. Yola saldığımız həftə məhkəmə prosesi başlayan iki erməni dığası Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin bu gün məzlum, yazıq simasında görünmələri erməni riyakarlığının növbəti bariz nümunəsidir. 

Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş hərbi cinayətkarların cinayət əməllərinin araşdırılması zamanı azərbaycanlı əsirlərə qarşı insanlığa sığmayan vəhşilik nümunələrinə rast gəlmək olur. Lakin bu gün erməni terrorçularının Azərbaycan hərbiçiləri tərəfindən ələ keçirilməsi məsələsi bir çox Qərb dairələrini olduqca narahat etməyə başlayıb. Ermənistanın hərbi-siyasi rəhbərliyinin qanunsuz göstərişləri ilə dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş çoxsaylı cinayətlər nəticəsində yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən uşaq, qadın və qocalar erməni əsir və girovluğunda dözülməz işgəncələrin qurbanı olmaqla yanaşı, bu gün o işgəncələrin ağrı-acısını ailəsində, üzərində hiss edən, onu yaşayanlar var. 

20 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun Məlikcanlı kəndi ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən saxlanılaraq ələ keçirilən diversantların taleyindən narahat olduqları qədər proseslərə obyektiv yanaşmaq, ədalətlilik prinsiplərinə uyğun davranmaq barədə düşünsələr, bir çox maraqlı faktlarla üz-üzə qala bilərlər. Belə ki, Ermənistanda aparılan son sorğuların nəticələri göstərir ki, xalq hərbi-siyasi rəhbərliyinin, ölkədəki və Qərbdən idarə olunan bəzi siyasi qüvvələrin qurbanıdır. Beynəlxalq sorğu mərkəzinin Ermənistanda növbəti dəfə keçirdiyi sorğu maraqlı məqamları ortaya qoyub. Bunun təsdiqi kimi sorğulardan birində "Ermənistanın üzləşdiyi ən kəskin problem nədir?" sualına 30 ildir iki ölkə arasında nifrətin aşılandığı, türklərə qarşı düşmənçilik toxumunun səpildiyi "Qarabağın statusu" məsələsinin olduğunu cəmi 0,7 % əhali dilə gətirib. Bu rəqəm onu göstərir ki, erməni vətəndaşları üçün Qarabağın statusu məsələsindən daha vacib məsələlər var, ölkənin iqtisadi durumu kimi. Və buradan aydın olur ki, Ermənistanın 30 illik və daha dərinə söykənən işğalçılıq ideologiyası 44 günlük müharibə ilə fiaskoya uğradı.

Bu gün sərhəddə baş verən hadisələr, parlament seçkisi öncəsi divident qazanmaq məqsədi ilə siyasi qüvvələr arasında seçki kampaniyalarının tərkib hissəsinə çevrilib. Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Paris və Brüssel səfərləri də məhz bu kampaniyanın tərkib hissəsi idi. Belə ki, Paşinyan sərhəddəki son insidentlər zamanı Ermənistanı bu məsələdə saymayan KTMT və Rusiyaya faktiki olaraq meydan oxuyaraq, əgər Rusiya məni dəstəkləməsə, mən Qərb dövlətləri ilə əməkdaşlığı dərinləşdirə bilərəm mesajını verməklə erməni xalqına daha əlverişli alternativ seçimə sahib olduğunu nümayiş etdirərək xalqın etimadını növbəti dəfə qazanmağa çalışır. Dünən növbəti dəfə açıqlanan sorğunun nəticələri göstərdi ki, seçkiqabağı Paşinyan ciddi şəkildə səs itirməkdədir. Sorğuda iştirak edən respondentlər seçkilərdə kimə səs verəcəksiz sualına cavablandırıblar. Nəticəyə görə Köçəryan demək olar kı, Paşinyana çatdı. Bundan əvvəl keçirilən sorğulardakı kimi bu dəfə də respondentlərin 50%-i siyasi apatiya nümayiş etdiriblər. 

Proseslərin necə cərəyan edəcəyindən asılı olmayaraq, tərəddüd içində olan istər hazırkı müvəqətti rəhbərliyin, istərsə də onu əvəz etmək ehtimalı olan digər siyasi qüvvələrin 10 noyabr bəyanatını icra etməkdən, regional əməkdaşlığa qoşulmaqdan başqa yolu yoxdur. Əks təqdirdə erməni əhalinin ölkəni tərk etmək statistikası qısa zamanda katastrofik həddə çatacaq. daha da dərinləşəcək demoqrafik vəziyyət isə Ermənistanın dövlət olaraq mövcudluğunun qalması məsələsi əhəmiyyətini itirəcək. Ermənistan rəhbərliyi və revanşist qüvvələr bütün bunları nəzərə alarsa, Azərbaycanın regionda yaratdığı yeni təhlükəsizlik formatını qəbullanmaq yolunu özləri üçün ən optimal variant hesab edə bilər. Əksi isə yaxın gələcəkdə Ermənistan üçün ağır sosial-iqtisadi kataklizmlər ilə nəticələnə bilər.

Təhməz Əsədov Son.az

Türkiyənin ilk robot aktrisası izləyicilərlə görüşdü like
  • 07 İyn 12:19  
Şou-biznes Türkiyənin ilk robot aktrisası izləyicilərlə görüşdü

Türkiyənin ilk robot aktrisası Aypera İstanbulda izləyicilərlə görüş k

arrow Ətraflı
Sumqayıt sakini küçədə döyülərək qətlə yetirildi like
  • 07 İyn 12:14  
Kriminal Sumqayıt sakini küçədə döyülərək qətlə yetirildi

Sumqayıt sakini küçədə tanışı tərəfindən döyülərək qətlə yetiri

arrow Ətraflı
Tikinti materialları bahalaşır like
  • 07 İyn 12:09  
Digərləri Tikinti materialları bahalaşır

Son 2- 3 ayda tikinti materialları bazarında bahalaşma müşahidə edilməkd

arrow Ətraflı
Çavuşoğlu Fransaya çağırış etdi like
  • 07 İyn 12:07  
Siyasət Çavuşoğlu Fransaya çağırış etdi

Cənubi Qafqazda Azərbaycanla Ermənistanın rifahını təmin edəcək dayanı

arrow Ətraflı
Minalanmış ərazilərin xəritələrinin verilməməsi ağır cinayətdir  Səbinə Əliyeva like
  • 07 İyn 12:05  
Digərləri Minalanmış ərazilərin xəritələrinin verilməməsi ağır cinayətdir Səbinə Əliyeva

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)

arrow Ətraflı
DİN əməliyyat keçirib, 35 kiloqramdan artıq narkotik aşkar edilib like
  • 07 İyn 12:04  
Kriminal DİN əməliyyat keçirib, 35 kiloqramdan artıq narkotik aşkar edilib

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən narkotik vasitə və

arrow Ətraflı
Azərbaycana zəlzələləri qeydə alan yeni cihazlar gətirildi like
  • 07 İyn 11:59  
Digərləri Azərbaycana zəlzələləri qeydə alan yeni cihazlar gətirildi

Ölkəmizdə seysmik stansiyaların sayı artırılır. Bu məqsədlə 22 yeni c

arrow Ətraflı
Millət vəkili şəhid ailəsini ziyarət edib   FOTO like
  • 07 İyn 11:57  
Siyasət Millət vəkili şəhid ailəsini ziyarət edib FOTO

Milli Məclisin 56 saylı Xaçmaz kənd seçki dairəsi üzrə deputatı Sevil M

arrow Ətraflı
Sürüşmə təhlükəsi olan binalar like
  • 07 İyn 11:54  
Digərləri Sürüşmə təhlükəsi olan binalar

Son.az REAL TV-yə istinadən sürüşmə təhlükəsi olan binaları təqdim ed

arrow Ətraflı
Ötən gün 41 yanğına çağırış olub, 4 nəfər xilas edilib like
  • 07 İyn 11:49  
Digərləri Ötən gün 41 yanğına çağırış olub, 4 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə dü

arrow Ətraflı
Bakıda irigövdəli qovaq ağacının böyük hissəsi kəsilib like
  • 07 İyn 11:44  
Digərləri Bakıda irigövdəli qovaq ağacının böyük hissəsi kəsilib

İsmayıllı rayonunun Cülyan kəndində yaşı 100-dən çox olduğu bildiril

arrow Ətraflı
Ermənistanın xəritə "oyunu" like
  • 07 İyn 11:39  
Dünya Ermənistanın xəritə "oyunu"

Minalanmış ərazilərin xəritəsinin verilməməsi müharibə cinayətidir. A

arrow Ətraflı
Kambocada məşhur siçovul təqaüdə çıxır like
  • 07 İyn 11:34  
Digərləri Kambocada məşhur siçovul təqaüdə çıxır

Kambocada qəhrəmanlığına görə qızıl medalla mükafatlandırılmış &qu

arrow Ətraflı
Körpü tələb edən kənd sakinləri: like
  • 07 İyn 11:29  
Digərləri Körpü tələb edən kənd sakinləri:

Son.az REAL TV-yə istinadən xəbər verir ki, körpü tələb edən kənd sak

arrow Ətraflı
"Mənə fikir verməyənə salam vermirəm" like
  • 07 İyn 11:24  
Şou-biznes "Mənə fikir verməyənə salam vermirəm"

"O qızın xasiyyətində soyuqluq var. Ola bilər ki, başqa planetdə olu

arrow Ətraflı