Gürcüstanda son sutka ərzində 24 nəfər koronavirusdan ölüb


Dünya 07 İyn 2021 12:39:00 122 0

Gürcüstanda son sutka ərzində 24 nəfər koronavirusdan ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 307 yoluxma halı qeydə alınıb, 24 nəfər ölüb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 349 405, ölənlərin sayı isə 4 934 nəfərə çatıb.

Virusa yoluxanlardan 334 519 nəfərin sağaldığı bildirilir.

Son.az