Toy deyil, Mustafa Cecelinin Bakı konsertidir...


Şou-biznes 07 İyn 2021 12:29:00 170 0

Toy deyil, Mustafa Cecelinin Bakı konsertidir...

Türkiyənin məşhur müğənnisi Mustafa Cecelinin şənbə günü Bakıda keçirdiyi konsert proqramında karantin qaydaları kobud şəkildə pozulub. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, ifaçının "İstanbul Meyhane Bilgəh" restoranının açılışındakı çıxışı zamanı iaşə obyektlərində ayağa qalxan hər kəsin maska taxması, sosial məsafə, kütləvi tədbirlərin keçirilməsi barədə qoyulan qaydalar heçə sayılıb. Qaydaların açıq-aşkar pozulduğu kadrlar restoranın instaqram səhifəsində də nümayişkarcasına paylaşılıb.  

Hətta Mustafa Ceceli Azərbaycan ərazisində ümumi karantin rejiminin ləğv edilmiş kimi başa düşərək görüntüləri instaqram hesabında paylaşıb, tezliklə Türkiyədə də konsertlərin keçirilməsini arzuladığını bildirib:

"Səhnə üçün çox darıxmışam. Bu görüntülərlə ən qısa zamanda Türkiyədə də qovuşarıq! Konsertlər yenidən başlayar. Bakıda bizi coşğu ilə qarşılayan, bir ağızdan mahnılarımı söyləyən hər kəsə təşəkkürlər". 

Həmçinin,  sözügedən gecədə qonaqların mərkəzi rəqs meydançasında rəqsi, əylənməsi toy məclislərindən heç bir fərqinin olmadığı görünür. Kadrlarda rəqs edən şəxslərin sayının 100 nəfərdən çox olduğu başa düşülür.