DİN əməliyyat keçirib, 35 kiloqramdan artıq narkotik aşkar edilib


Kriminal 07 İyn 2021 12:04:00 77 0

DİN əməliyyat keçirib, 35 kiloqramdan artıq narkotik aşkar edilib

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində əməliyyatlar həyata keçirilib.

Nazirliyin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının paytaxtın Nərimanov rayonunda həyata keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən Ramin Ağazadə saxlanılıb. Onun üzərindən və yaşadığı mənzildən 18 kiloqram 90 qram heroin, 740 qram tiryək, 152 qram qurudulmuş marixuana, 365 qram psixotrop maddə olan metamfetamin, 260 ədəd satışı qadağan olunan psixotrop tərkibli "Metadon" həbləri, 1 ədəd elektron tərəzi və 1 ədəd narkotik vasitələrin onlayn satışı zamanı pul köçürmələrində istifadə etdiyi plastik kart aşkar olunaraq götürülüb. Ramin Ağazadə ifadəsində şəxsiyyəti hələlik istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşının sifarişi ilə külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitələri ayrı-ayrı şəxslərə çatdırmaq məqsədi ilə ölkə ərazisinə gətirdiyini bildirib. O, narkotik vasitələrin paytaxt Bakı və bölgələrdə anket məlumatları istintaqla araşdırılan şəxslərə çatdırmaqla satışını təşkil etməli imiş.

Baş İdarənin əməkdaşları tərəfindən Yasamal rayonunda həyata keçirilən növbəti əməliyyat nəticəsində isə paytaxt sakini Zaur Məmmədov narkotik vasitələrin satışında şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərindən 97 qram heroin, 101 qram metamfetamin, narkotik maddələrin satışı zamanı istifadə etdiyi plastik kart, yaşadığı evdən isə əlavə, 6 kiloqram 190 qram heroin, 1 kiloqram 144 qram tiryək, 3 kiloqram 70 qram metamfetamin, 946 qram marixuana, 200 ədəd "Metadon" həbi və 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Zaur Məmmədov ifadəsində sosial şəbəkələrdə narkotik vasitələrin onlayn yolla satışını həyata keçirdiyini etiraf edib.

Baş İdarə əməkdaşlarının Abşeron rayonunda həyata keçirdikləri digər bir əməliyyat nəticəsində isə narkotik vasitələrin satışında şübhəli bilinən Səbuhi Hüseynli saxlanılıb. Onun üzərinə və yaşadığı evə baxış zamanı ümumilikdə 2 kiloqram 361 qram psixotrop maddə olan metamfetamin və heroin, həmçinin, 1 ədəd elektron tərəzi aşkar edilib. Səbuhi Hüseynli ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib.

Baş İdarə əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə istiqamətində Nəsimi rayonunda keçirilən sonuncu əməliyyat zamanı isə əvvəllər də analoji cinayətlər törətdiyinə görə dəfələrlə məhkum olunmuş Bərdə rayon sakini Gündüz Abışov saxlanılıb. Onun üzərinə və yaşadığı evə baxış zamanı ümumilikdə 2 kiloqram 52 qram heroin və metamfetamin, eləcə də, 2 ədəd elektron tərəzi aşkar olunub.

Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən 35 kiloqramdan artıq narkotik maddə, o cümlədən, 460 ədəd psixotrop tərkibli həb aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb və saxlanılan şəxslər tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycana zəlzələləri qeydə alan yeni cihazlar gətirildi like
  • 07 İyn 11:59  
Digərləri Azərbaycana zəlzələləri qeydə alan yeni cihazlar gətirildi

Ölkəmizdə seysmik stansiyaların sayı artırılır. Bu məqsədlə 22 yeni c

arrow Ətraflı
Millət vəkili şəhid ailəsini ziyarət edib   FOTO like
  • 07 İyn 11:57  
Siyasət Millət vəkili şəhid ailəsini ziyarət edib FOTO

Milli Məclisin 56 saylı Xaçmaz kənd seçki dairəsi üzrə deputatı Sevil M

arrow Ətraflı
Sürüşmə təhlükəsi olan binalar like
  • 07 İyn 11:54  
Digərləri Sürüşmə təhlükəsi olan binalar

Son.az REAL TV-yə istinadən sürüşmə təhlükəsi olan binaları təqdim ed

arrow Ətraflı
Ötən gün 41 yanğına çağırış olub, 4 nəfər xilas edilib like
  • 07 İyn 11:49  
Digərləri Ötən gün 41 yanğına çağırış olub, 4 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə dü

arrow Ətraflı
Bakıda irigövdəli qovaq ağacının böyük hissəsi kəsilib like
  • 07 İyn 11:44  
Digərləri Bakıda irigövdəli qovaq ağacının böyük hissəsi kəsilib

İsmayıllı rayonunun Cülyan kəndində yaşı 100-dən çox olduğu bildiril

arrow Ətraflı
Ermənistanın xəritə "oyunu" like
  • 07 İyn 11:39  
Dünya Ermənistanın xəritə "oyunu"

Minalanmış ərazilərin xəritəsinin verilməməsi müharibə cinayətidir. A

arrow Ətraflı
Kambocada məşhur siçovul təqaüdə çıxır like
  • 07 İyn 11:34  
Digərləri Kambocada məşhur siçovul təqaüdə çıxır

Kambocada qəhrəmanlığına görə qızıl medalla mükafatlandırılmış &qu

arrow Ətraflı
Körpü tələb edən kənd sakinləri: like
  • 07 İyn 11:29  
Digərləri Körpü tələb edən kənd sakinləri:

Son.az REAL TV-yə istinadən xəbər verir ki, körpü tələb edən kənd sak

arrow Ətraflı
"Mənə fikir verməyənə salam vermirəm" like
  • 07 İyn 11:24  
Şou-biznes "Mənə fikir verməyənə salam vermirəm"

"O qızın xasiyyətində soyuqluq var. Ola bilər ki, başqa planetdə olu

arrow Ətraflı
Xalq artisti avtomobil qəzasında həlak oldu like
  • 07 İyn 11:23  
Digərləri Xalq artisti avtomobil qəzasında həlak oldu

Marinsk Teatrının keçmiş solisti, Rusiyanın xalq artisti Rimma Volkova Sant

arrow Ətraflı
Diaspor jurnalistləri beynəlxalq təşkilatlara müraciət edib like
  • 07 İyn 11:21  
Digərləri Diaspor jurnalistləri beynəlxalq təşkilatlara müraciət edib

xaricdə yaşayan bir qrup azərbaycanlı jurnalist Azərbaycan Dövlət İnform

arrow Ətraflı
Avtobusların kondisioner problemi: like
  • 07 İyn 11:19  
Digərləri Avtobusların kondisioner problemi:

Son.az bildirir ki, REAL TV avtobusların kondisioner problemini araşdırıb.

arrow Ətraflı
AzərbaycanRusiya sərhədində növbə yarandı like
  • 07 İyn 11:14  
Digərləri AzərbaycanRusiya sərhədində növbə yarandı

Hazırda Azərbaycan Rusiya sərhədində 1300-dən çox yük maşını növbə

arrow Ətraflı
Sevgilisi tərəfindən tanınmaz hala salındı like
  • 07 İyn 11:09  
Digərləri Sevgilisi tərəfindən tanınmaz hala salındı

Kolqotka geyindiyi üçün sevgilisi tərəfindən vəhşicəsinə döyülən g

arrow Ətraflı