Çavuşoğlu Fransaya çağırış etdi


Siyasət 07 İyn 2021 12:07:00 153 0

Çavuşoğlu Fransaya çağırış etdi

Cənubi Qafqazda Azərbaycanla Ermənistanın rifahını təmin edəcək dayanıqlı sülhü Fransa ilə birlikdə dəstəkləyə bilərik.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fransanın "L'Opinion" qəzetində dərc olunan məqaləsində yazıb.

O bildirib ki, tarixin siyasi məqsədlər üçün istifadə olunması və təhrifi heç bir zaman ədalətin bərpa olunmasımı təmin etməyib:

"Əgər radikal ermənilərin əsassız tələblərinin Türkiyə-Fransa münasibətlərinə xələl gətirməsinin qarşısı alınarsa, iki ölkə birgə səylərlə Cənubi Qafqazın firavanlığı üçün daha çox töhfə verə bilər".

Son.az