Vətəndaşlar razılaşmır, şirkət isə söküntüyə hazırlaşır


Digərləri 07 İyn 2021 11:04:00 155 0

Vətəndaşlar razılaşmır, şirkət isə söküntüyə hazırlaşır

Bakıda tikinti şirkəti sakinlərlə razılaşmadan yaşayış sahəsini dəmir lövhə ilə hasarlayıb. Vətəndaşlar deyir ki, tikinti şirkətinin təklifləri onlara sərf etmir. Şirkət onlara daxili müqavilə qaydası təklif edir və mənzillərin qarşılığında bazar qiymətindən aşağı pul verir. Lakin sakinlər narazı olsa da, şirkət işlərin icrasına hazırlaşır. 

Son.az Xəzər TV-yə istinadən xəbər verir ki,100 dən çox ailə evlərinin sökülməsi üçün tikinti şirkətinin etdiyi təkliflə razılaşmır.

Paytaxtın Nəsimi rayonu Abbas Səhhət küçəsində yaşayan ailələrin evlərinin sökülərək yeni binanın inşası nəzərdə tutulur. Lakin tikinti işlərini icra edən şirkt evlər üçün vətəndaşlara sərf etməyən təklif irəli sürür.

Sakinlər deyir ki, onlarla razılıq əldə edilmədən yaşadıqları evlərin ətrafı dəmir lövhələrlə hasarlanıb.Bununla yanaşı söküntü üçün nəzərdə tutulan texnikalar da əraziyə gətirilib.Vətəndaşlar evlərinin razılıqları olmadan sökülməsindən narahatdırlar.

Sakinlərin sözlərinə görə, vaxtı ilə şirkətlə razılaşan bəzi vətəndaşlara verilən vədlər də yerinə yetirilməyib. Bununla yanaşı sakinlərə daxili müqavilə əsasında razılaşma təklif edilir. Vətəndaşlar isə sonradan şirkətin müqavilənin şərtlərini dəyişəcəyindən narahatdırlar. Onlar müqavilənin dövlət qurumları ilə razılaşdırlmış  şəkildə notariusla təsdiqlənməsini istəyirlər.

Sakinlərin narazı olduqları  "Capital City" yaşayış kompleksindən isə məsələylə bağlı heç bir münasibət öyrənə bilmədik. Suallara cavab verməyə şirkətdə bir nəfər də tapılmadı.