Ramiz Məmmədov vəfat etdi


Digərləri 07 İyn 2021 10:17:00 177 0

Ramiz Məmmədov vəfat etdi

Görkəmli coğrafiyaçı alim, Dövlət mükafatı laureatı, Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov 71 yaşında vəfat edib.

AMEA-dan Son.az-a bildirilib ki, Ramiz Mahmud oğlu Məmmədov 1950-ci il fevralın 4-də Gürcüstan Respublikasının Qardabani rayonunun Qaracalar kəndində ziyalı ailəsində anadan olmuşdu. 1967-ci ildə orta məktəbi, 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirmişdi. O, elmi fəaliyyətə 1973-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzində başlamışdı.

Azərbaycan beynəlxalq tədbirlərdə layiqli təmsil olunur - FOTO - VİDEO Gigiyena və Epidemiologiya Mərkəzi əhalini qeyri-rəsmi çimərliklərdən istifadə etməməyə çağırıb Ağdam və Tərtərin su ilə təminatının yaxşılaşdırılması üçün 1.4 milyon manat ayrılıb

Allah rəhmət eləsin!