Biləsuvarda 86 yaşlı kişi kanalda boğulub


Digərləri 07 İyn 2021 10:24:00 177 0

Biləsuvarda 86 yaşlı kişi kanalda boğulub

Biləsuvarda boğulma hadisəsi baş verib.

Son.az bildirir ki, hadisə Cənubi Muğan kanalında qeydə alınıb. Biləsuvar rayonunun Nərimankənd kənd sakini, 1935-ci il təvəllüdlü Şirzahid Şahsuvarov Cənubi Muğan kanalına düşərək boğulub. Onun meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik dəqiq deyil.

Faktla bağlı araşdırma aparılır.