Irəvan mina xəritələrini verməlidir. Bunun üçün...


Siyasət 07 İyn 2021 09:39:00 201 0

Irəvan mina xəritələrini verməlidir. Bunun üçün...

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) potensialından mümkün qədər çox istifadə etmək lazımdır, İrəvan məhz bu təşkilata minalanmış ərazilərin xəritələri təqdim edəcək.

Bunu Trend-ə rusiyalı politoloq, tarix elmləri namizədi, Rusiya Federasiyasının Etnik və beynəlxalq araşdırmalar mərkəzinin elmi direktoru Anton Bredixin deyib.

Mütəxəssis qeyd edib ki, bu gün Qarabağ bütün Cənubi Qafqaz üçün münasibətlərin yenidən formatlanma nöqtəsidir.

Onun sözlərinə görə, orada sülh olacaqsa, bütün bölgədə sülh olacaq, yenidən gərginlik başlayacaqsa, genişmiqyaslı müharibə başlayacaq.

A.Bredixin insanların dinc həyata qayıtmalı olduğunu və bunun üçün yalnız Bakı deyil, İrəvanın da maksimum səy göstərməsini vurğulayır.

Lakin onun sözlərinə görə, azad edilmiş ərazilərdə mina təhlükəsi davam etdikcə, qaçqınlar öz evlərinə dönə bilməyəcəklər.