Yeni ailə quran gəncin faciəsi


Digərləri 07 İyn 2021 09:11:00 175 0

Yeni ailə quran gəncin faciəsi

Şəkinin Kiş kəndində boğulma hadisəsi qeydə alınıb.

Son.az xəbər verir ki, hadisə dünən axşam saatlarında Qurucana çayında baş verib. Çaya gələn güclü sel kənd sakini, 1996-cı il təvəllüdlü Şamil Azər oğlu Əhmədovu aparıb. 25 yaşlı Ş.Əhmədovun meyiti çaydan çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Ş.Əhmədov yeni ailə qurmuşdu.

Xatırladaq ki, Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.