Peruda prezident seçkilərində Keyko Fuximori qalib gəlir exitpoll


Dünya 07 İyn 2021 09:25:00 181 0

Peruda prezident seçkilərində Keyko Fuximori qalib gəlir  exitpoll

Peruda prezident seçkilərində sağ "Xalq Gücü" partiyasının sədri Keyko Fuximori qalib gəlir.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Ipsos" sosioloji xidməti tərəfindən hazırlanan "exit poll" məlumatlarında göstərilib.

İlkin məlumatlara görə, K.Fuximori 50,3 faiz səs toplayıb. Onun rəqibi, "Azad Peru" partiyasını təmsil edən Pedro Kastilyoya 49,7 faiz seçici səs verib.