Türkiyədə koronavirusla bağlı son vəziyyət


Dünya 07 İyn 2021 09:05:00 255 0

Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 96 nəfər dünyasını dəyişib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 48 164 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 5 386 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 5 287 980 nəfərə çatıb.