Bakıda motosikletçini avtomobil vurub


Digərləri 07 İyn 2021 08:39:00 243 0

Bakıda motosikletçini avtomobil vurub

Paytaxtın Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Son.az APA-ya istinadən bildirir ki, yol qəzası B.Çobanzadə və R.Rüstəmov küçələrinin kəsişməsində baş verib.

1987-ci il təvəllüdlü İmanov Elçin İmanqulu oğlu idarə etdiyi motosikletlə işıqforun yaşıl işığından keçərkən onu minik avtomobili vurub. E.İmanov sağ bud sümüyünün qəlpəli sınığı və kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.