İsraildə məktəblər xaricində bütün məkanlarda maska ​​taxmaq qadası ləğv ediləcək


Dünya 07 İyn 2021 08:06:00 149 0

İsraildə məktəblər xaricində bütün məkanlarda maska ​​taxmaq qadası ləğv ediləcək

İsrail Səhiyyə naziri Yuli Edelşteyn ölkədə qapalı məkanlarda qoruyucu maskalar taxma tələbinin iyunun 15-dən etibarən ləğv ediləcəyini açıqladı.

Trend-in məlumatına görə, bu barədə İsrailin Kan radiosu nazirin koronavirus pandemiyasına qarşı mübarizə aparan səhiyyə işçilərin şərəfinə keçirilən mərasimdəki çıxışına istinadən bildirib.

Nazir qeyd edib: "Bir sıra müzakirələrdən sonra belə qənaətə gəldik ki, koronavirusun yayılması ilə əlaqədar vəziyyət və müvafiq göstəricilər yaxın günlərdə pisləşməsə, 15 iyun tarixindən etibarən qapalı yerlərdə maska ​​taxma tələbini ləğv edəcəyik.

Edelstein qeyd etdi ki, yumaşalma məktəblərə şamil olunmayacaq.