Bakıda piyadanı avtomobil vurub


Digərləri 07 İyn 2021 08:17:00 192 0

Bakıda piyadanı avtomobil vurub

Paytaxtın Nizami rayonunda qadın yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.

Son.az APA-ya istinadən bildirir ki, yol qəzası Heydər Əliyev prospektində baş verib.

1983-cü il təvəllüdlü Həsənova Fazilə Fazil qızı yolu keçərkən onu minik avtomobili vurub. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.